Mahalanqur Himal Haqqinda Melumat - Vikipedia

Mahalanqur Himal Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mahalanqur Himal (nep. महालङ्गूर हिमाल , Mahālaṅgūra himāla) — şimal-şərqi Nepal və cənub-mərkəzi Tibetdə yerləşən Himalayda dağ silsiləsi.[1] Buraya Yer kürəsinin altı ən

Mahalanqur Himal
Ümumi məlumatlar
Dağ silsiləsi Himalay dağları
Mütləq hündürlüyü 8.848 m
Hündür zirvəsi Everest
Yerləşməsi
27°59′17″ şm. e. 86°55′31″ ş. u.
Ölkə
Mahalanqur Himal xəritədə
Mahalanqur Himal
Mahalanqur Himal
Mahalanqur Himal xəritədə
Mahalanqur Himal
Mahalanqur Himal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

yüksək zirvəsindən dördü: Everest dağı, Lhotse, MakaluÇo Oyu daxildir. Tibet tərəfdən RonqbukKanqşunq buzlaqları, Nepal tərəfində Barun çayı, Nqojumba və Xumbu buzlaqları ilə əhatə olunub.

Mahalanqur Himal üç hissəyə bölünə bilər:

  • Makālu (nep. मकालु ) – Makalu (8463 m), Çomo Lonzo(7790 m) və 6000 metrdən yuxarı 10 pik daha daxil olmaqla Nepal-Çin sərhəddi və Arun çayı sahilləri;
  • Barun (nep. बरुण , Baruṇa) – Nepal daxilindəki və Makālu hissəsinin cənubundakı ərazi. Buraya Çamlanq (7319 m), Baruntse (7129 m), Ama-Dablam (6812 m) və 6000-dən hündür 17 zirvə daxildir.
  • Xumbu (nep. खुम्बु ) – Makalu hissəsinin qərb tərəfində beynəlxalq sərhəd boyunca, Everest massivi: Everest (8848 m), Lhotze (8516 m), Nuptze (7855 m) və Çanqze (7580 m) də daxil olmaqla ərazilərə verilən addır. Evererstin qərbindəki Pumori (7161 m) və Ço-Oyu (8201) da daxil olmaqla hündürülüyü 7000 metrdən çox 20 və 6000 metrdən çox 36 zirvə burada yerləşir.[2]

Nepalın Xumbu regionu buranın Everestə gedən əsas iki marşrutundan biri olmasından sonra Mahalanqur Himalın ən populyar hissəsi olmuşdur.

İstinadlar redaktə

  1. H. Adams Carter. "Classification of the Himalaya" (PDF). American Alpine Journal. American Alpine Club. 27 (59). 1985: 116–120. August 13, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 1, 2011.
  2. "H. Adams Carter, 1985, op. cit." (PDF). 2011-08-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-28.



Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024