Mahmud İbrahimov Haqqinda Melumat - Vikipedia

Mahmud İbrahimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mahmud İbrahimov

Mahmud Azər oğlu İbrahimov (3 sentyabr 1997, Xırdalan2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Mahmud İbrahimov
Mahmud Azər oğlu İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1997(1997-09-03)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Əslən Cəbrayıl rayonundan olan Mahmud İbrahimov 1997-ci ilin 3 sentyabr günündə Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub.

Hərbi xidməti redaktə

Əsgər Mahmud İbrahimov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Mahmud İbrahimov doğulduğu Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İbrahimov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mahmud İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024