Mahmud Abdullayev Haqqinda Melumat - Vikipedia

Mahmud Abdullayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mahmud Abdullayev

Mahmud Abdulla oğlu Abdullayev (30 iyun 1941, Kirovabad6 iyul 2023, Bakı) — Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]

Mahmud Abdullayev
Abdullayev Mahmud Abdulla oğlu
Doğum tarixi 30 iyun 1941(1941-06-30)
Doğum yeri
Vəfat tarixi 6 iyul 2023(2023-07-06) (82 yaşında)
Vəfat yeri
Elm sahəsi Torpaqşünaslıq
Elmi dərəcəsi Kənd təsərrüfatı elmləri doktoru
Elmi adı Professor
Təhsili

Həyatı redaktə

Mahmud Abdullayev 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və həmin il göndəriş əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasına işə daxil olmuşdur. Orada əvvəlcə texnik-kartoqraf, sonra isə mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır.

1964-cü ildə AzET Əkinçilik İnstitutunda aspiranturaya daxil olaraq 3 il müddətinə keçmiş SSRİ EA-nın Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir. 1967-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin AzET Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində 1971-ci ilə qədər çalışmışdır.

İnstitutda işlədiyi dövrdə alim respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. 1980-ci ildə Moskva Dövlət Universitetində "Torpaqşünaslıq" ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildən AzET Əkinçilik İnstitutunda böyük elmi işçi, sonra qrup rəhbəri və nəhayət, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra elmi tədqiqat işlərini davam etdirərək 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqro-kimya İnstitutunda Torpaqşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edib kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır.

M. Abdullayev 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır. Elə o dövrdən M. A. Abdullayev AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun və AzET Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq Dissertasiya Müdafiə Şurasının üzvü olmuşdur. O, 2007-ci ilin aprelində "Torpaqşünaslıq" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə müsabiqə yolu ilə AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasına müdir vəzifəsinə seçilmişdir. Azərbaycanda torpaqşünaslıq və radiasiya elmlərinin inkişafı sahəsində xidmətlərinə görə AMEA RH-nin Fəxri Fərmanı ilə təltif olunub.

M. Abdullayev 2012-ci ildə AMEA-nın yeni yaranmış Aqrar Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsinə seçilmişdir. M. Abdullayev 57 elmi əsərin müəllifidir və xaricdə 26 məqaləsi nəşr olunmuşdur. Alimin 3 monoqrafiyası Moskvada və Bakıda nəşr olunmuşdur.

Əsas elmi nailiyyətləri redaktə

M. A. Abdullayevin elmi fəaliyyəti torpaq ehtiyatlarının öyrənilməsinin çox sahələrini əhatə edir. Belə ki, o süni və təbii radionuklidlərin Azərbaycanın torpaq-bitki sistemində yayılması və miqrasiyasına dair elmi-tədqiqat işləri aparmışdır. Mineral gübrələri müxtəlif normalarda tətbiq edərək, məhsuldarlığın artması ilə yanaşı, məhsulda süni və təbii radionuklidlərin toplanmasının xeyli miqdarda azalmasına nail olmuşdur. Onun tərəfindən stronsium-90 və sezium-137 radionuklidlərinin Azərbaycan torpaqlarında yayılmasını göstərən xəritələr tərtib edilmiş və onlar Azərbaycanın Ekoloji Atlasına daxil edilmişdir (Bax: Ekoloji Atlas, 2010). 

Pedaqoji fəaliyyəti redaktə

Bakı Dövlət və Azərbaycan (Gəncə) Aqrar Universitetlərində bakalavr və magistr səviyyələrində Dövlət imtahanlarının və Diplom müdafiələrinin təşkili və keçirilməsi üzrə fəaliyyət səmərəli fəaliyyət göstərir

Elmi əsərləri redaktə

1. Stronsium-90 və sezium-137 Azərbaycanın torpaq-bitki örtüyündə. "Nauka" nəş., 1983. 101c.

2. Azərbaycan SSR-nin torpaq-bitki örtüyündə 90 Sr və 137 Cs radionuklidlərinin miqrasiyasının ümumi qanunauyğunluqları. Moskva, 1988. 28 s.

3. Süni və təbii radionuklidlər Azərbaycanın torpaq-bitki örtüyündə. Moskva, "Aqrarnaya nauka" nəş., 1996. 159 °C.

4. Longliving natural radionuclides in soil plants of the Azerbaijan SSR. Akademiai Kiado, Budapesht, 1987, vol. 2.

İstinadlar redaktə

  1. "Abdullayev Mahmud Abdulla oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.

Saytda 204 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024