Mahmudabad (Şimali Azərbaycan) Haqqinda Melumat - Vikipedia

Mahmudabad (Şimali Azərbaycan) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mahmudabad (Şimali Azərbaycan)

Mahmudabad şəhəriHəmdullah Qəzvininin yazdığına görə, tarixdə mövcud olmuş Mahmudabad şəhərini Elxani hökmdarı Mahmud Qazan xan öz adı ilə adlandırmışdır. Bəcirəvan şəhərindən 20 fərsəx (təqribən 140 km), Ərdəbildən 40 fərsəx (təqribən 280 km) məsafədə yerləşirdi. Mahmudabad şəhəri Güştasfi mahalının sənətkarlıq və ticarət mərkəzi olmuşdur. 1555-ci ildə Mahmudabadın hakimi Şərəf xan Bitlisi idi. Mahmudabad zərbxanasında Şirvanşahlar adından pul kəsildiyi də məlumdur. 1394-cü ildə Əmir Teymurun qoşunları, 1500-cü ildə isə I Şah İsmayılın qoşunları Mahmudabad yaxınlığında qışlaması barədə tarixi faktlar mövcuddur. Tarixdən o da məlumdur ki, Ağqoyunlularla Teymurilər arasında vuruşmalardan biri də Mahmudabad yaxınlığında baş vermişdir (1468/69-cu ildə). Ehtimal ki, XVII-XVIII əsrlərdə feodal ara müharibələri nəticəsində paytaxt Mahmudabad şəhəri tənəzzülə uğramışdır.

Qədim şəhər
Mahmudabad
Ölkə  Azərbaycan
Vilayət Masallı rayonu
Salyan rayonu
Salınma tarixi XIII əsrlər
Banisi Qazan xan
Milli tərkibi azərbaycanlılar
Müasir yeri Eminli və ya Salyan

XVIII əsrin birinci yarısınadək Həməşəra şəhəri mövcud olub və şəhər sonuncu dəfə 1741-1742-ci illərdə Nadir şahın hücumu nəticəsində tamamilə dağıdılıb.[1]

Yerləşdiyi ərazi redaktə

Bəzi tarixçilərə görə bu şəhər Salyan, bəzilərinə görə isə Masallı rayonunun (Mahmudavar kəndi) ərazisində ola bilərdi. Bu məqsədlə Qırx Çıraq (Salyan) və Mahmudavar kəndləri ərazisində arxeololji qazıntılar aparılsa da konkret qərar verilə bilməmişdir. Son dövrlər Masallı rayonunun Eminli kəndinin tarixi ilə bağlı aparılmış arxiv araşdırmaları nəticəsində çox qiymətli məlumatlar üzə çıxarılıb. Belə ki, əldə edilən sənədlər yuxarıda bəhs edilən Mahmudabad şəhərinin mövcud olduğu yer haqqında dəqiq informasiyalar verir. Sənədlərdən məlum olur ki, XX əsrin əvvəllərinə qədər Eminli kəndinin adı Mahmudlu olmuşdur. 1849, 1863, 1873, 1886-cı illərdə Çar hökumətinin tərtib etdiyi əhalinin siyahıya alınmasında da kəndin adı Mahmudlu yazılmışdır. Belə ki, 1849-cu il siyahıya almasına görə, Mahmudluda 147 tüstü (ev) olmuş, 429 kişi yaşamışdır (qadınlar siyahıya alınmayıblar). Həmin ildə kənddə 147 ailə olmuş, 99 subay kişi, 10 nəfər isə yetim uşaq qeydə alınmışdır. 1863-cü il siyahıya almasına görə, Mahmudluda 143 tüstü olmuş, 936 nəfər əhali (o cümlədən 516 kişi, 420 qadın) yaşamışdır.1873-cü ildə Mahmudluda 1068 nəfər əhali (598 kişi, 470 qadın) yaşamışdır.Əhali əsasən heyvandarlıq, taxılçılıq, balıqçılıq, ovçuluq, gəmiçilik, çəltikçilik və tərəvəzçiliklə məşğul olmuşdur.[2] 1918-ci ildə Mahmudlunun adı dəyişilərək, kənd sakini, zəngin xeyriyyəçi Emin Eminalı oğlunun (1781 – 1854) şərəfinə Eminli adlanmışdır.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. . [1] Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine
  2. Mənbə: Azərbaycan Milli Arxiv İdarəsi, fond 43; siyahı 2; saxlanma vahidi 7201.

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024