Mak-Medro boğazı Haqqinda Melumat - Vikipedia

Mak-Medro boğazı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mak-Medro boğazı

Mak-Medro boğazı ing. McMurdo Sound - Antarktidada buzla örtülü olub, təqribi olaraq eni və uzunluğu 55 km təşkil edir. Boğaz Ross dənizi akvatoriyasında yerləşir. Qərb sahillərində hündürlüyü 4205 m olan Royal Sociely Range dağı yerləşir. Cənubunda Mak-Medro şelf buzlağı yerləşir, şərq sahili Ross adasını ilə əhatələnir. Adada Erebus vulkanı yerləşir. Hündürlüyü 3794 m təşkil edir. Cənubunda Antarktidanın ən böyük elmi-tədqiqat bazası olan Mak-Medro ABŞ, Skot-Beys Yeni Zellandiya bazalarıdır. Boğaz Cənub qütbündən 1300 km uzaqlıqda yerləşir. Boğazın sahilləri yayda cəmi 10% buzdan azad olur. Boğazın sularına Sakit okeanAtlantik okeandan gələr isti cərəyanlar qərb küləklərinin təsiri ilə sıfıra endirilir. Qütb gecələri zamanı burada temperatur -51 °C, yanvar və dekabr ayları zamanı isə -1 °C qalxır. Qışda buzlağın qalınlığı 3 m-ə çatır.

Mak-Medro boğazı
ing. McMurdo Sound
Ümumi məlumatlar
Eni minimum 55 km
Uzunluğu 55 km
Yerləşməsi
77°30′00″ c. e. 165°00′00″ ş. u.
Ölkə  Antarktida
Akvatoriyası
Ayırır Ross adasını materikdən
Mak-Medro boğazı xəritədə
Mak-Medro boğazı
Mak-Medro boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Boğaz 1841-ci ilin fevralında Ceyms Klars Ross tərəfindən kəşf edilir. Boğaza ad leytenant, ekspedisiya rəhbəri HMS Terror gəmisinin kapitanı Arcibolda Makmedronun şərəfinə verilmişdir. XX-əsrdə Ernest ŞekltonRobert Skott boğazın sahilində düşərgə salmışlar. Hədəf isə Cənub qütbünə çatmaq olmuşdur.

Əhəmiyyəti redaktə

 
Elmi-tədqiqat işləri

Bu yer XX əsrdən Antarktidaya təşkil edilən əsas turizm maşrutlarından bidir. Turistlər Antarktida yarımadasından sonra əsasən bu boğaza təşrif buyururlar. Burda Antraktidanın ən böyük hava limanı olan Vilyans buz çölü də yerləşir. Üstəlik burada daim fəaliyyət göstərən liman vardır. Əsasən bazalara gələnlər bu limanlardan istifadə edir.

Fauna redaktə

 

Sahillərində suitilər, imperator və adeli pinqivinləri üstünlük təşkil edir. Burada kitlərə də rast gəlinir.

Mənbə redaktə


Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023