Maliyyəçi (roman) Haqqinda Melumat - Vikipedia

Maliyyəçi (roman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Maliyyəçi (roman)

Maliyyəçi (ing. The Financier) — Teodor Drayzerin 1912-ci ildə nəşr olunan romanı, “Arzular trilogiyası” silsiləsindən ilk kitab. Triloqiyanın baş qəhrəmanı – Frenk Kaupervud. Amerikalı milyonçu Çarlz Yerksin (1837-1905) həyatı əsasında yazılıb.

Maliyyəçi
Maliyyəçi
İlk tiraj
İlk tiraj
Janr Roman
Müəllif Teodor Drayzer
Orijinal dili İngilis dili
Yazılma ili 1912
Nəşr ili 1912
Nəşriyyat “Harper&Brothers”
Elektron versiya

Kaupervudun psixoloqiyasını formalaşdıran amilləri Drayzer yaxşı göstərir. Uşaq vaxtından onu əhatə edən mühitdə böyüyən Frenk pul qazanmaq üçün heç nəyin qabağında dayanmayacaq bir maliyyəçiyə dönür. Xırda birja spekulyasiyalardan başlayıb xeyli sərvətlər qazanır və məmurlarla bələdiyyədən rüşvətlə, qeyri-qanuni Filadelfiya şəhərində konsessiyalar alır. Kitabın sonunda o, məğlub olur, həbsxanaya düşür və Filadelfiyanı tərk etməli olur.

Məzmun redaktə

Baş qəhrəman, Frenk Alcernon Kaupervud, cavan yaşlarından məşhur maliyyəçi olur. O, Filadelfiyada bank işçisi ailəsində dünyaya gəlib və ABŞ-da vətəndaş müharibəsi ərəfəsində Pensilvaniyanın maliyyə maqnatlarının sırasına qəbul olunmağa nail olur. 21 yaşında Lilian adlı xanımla evlənir və 2 uşaq atası olur; vaxt keçdikçə o, öz makler şirkəti üçün şəhərin “vizit kartı” olan Üçüncü küçədə ev alır.

Lakin müvəffəqiyyəti, qadınları və pulu sevən Frenk bundan da çoxunu arzulayır. O, podratçı Batlerin qızı Eylinə vurulur. Onu ilk dəfə atasının evində, görəndə Eylinin 16 yaşı var idi. 1871-ci ildə, Çikaqoda yanğın baş verir və Kaupervud törətdiyi fırıldaqlara görə büdcəyə yarım milyona qədər pul borclu olduğundan çətin vəziyyətə düşür. Kaupervudun Eylinlə əlaqəsi olduğu haqqda Batler və Lilian anonim məktub alırlar. Batler qisas almaq qərarına gəlir və onun təsiri altında Kaupervud köməkdən məhrum olunur və ona qarşı büdcə vəsaitlərini israf olunması haqqda cinayət işi açılır.

Məhkəmənin qərarı ilə 34 yaşlı Kaupervud 4 il 3 ay həbs cəzası alır. Lakin 13 aydan sonra Eylinin atası olür və əfv xahişinə maneçilik törədən olmadığından Kaupervud azad olunur.

1873-cü ilin birjadaki növbəti vahimədən sonra fürsətdən istifadə edən Kaupervud bir günə milyonçu olur. Maliyyə vəziyyətini bərpa etdikdən sonra adını bərpa edə bilməyəcəyini başa düşən Kaupervud sevgilisi ilə Fildaelfiyanı tərk edir və Çikaqoya yola düşür.

Keçidlər redaktə


Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024