Mandraqora Haqqinda Melumat - Vikipedia

Mandraqora Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mandraqora (lat. Mandragora)[3]quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.[4] Bitkinin kökləri insan fiqurunu xatırlatdığına görə qədim dövrlərdə ondan müxtəlif dini mərasimlərdə istifadə edirdilər. Bu səbədən bitkiyə "insan fiqurlu" adı verilib.Maraqlı qeydlərdən biri də bitkinin türkcə adının "Adamotu" olmasıdır.

Mandraqora
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tarixi qeydlərdə redaktə

Pifaqor mandraqoranı daha "insanabənzər" bitki adlandırmışdı.Qədim Roma təsərrüfat bilicisi Lucius Columella isə onu "yarı insan" olaraq qeyd etmişdi.Böyük Plini bitkinin tünd rəngli olanının kişi,daha açıq rənglisinin isə qadın olduğunu yazmışdı.Onu qopartmaq qədimdə böyük fəlakətlərə işarə olduğundan Romada bu işi etməzdən əvvəl bitkinin ətrafında qılıncla 3 dəfə çevrə çəkib,qərbə baxıb sonra kəsərmişlər.Flavi Yozef özünün "Yəhudi müharibələri tarixi" kitabında qeyd edir ki,bu bitkini qopararkən təlim edilmiş itlərdən istifadə etmək lazımdır.Düzdür it bitkinin qopardıqdan sonra onun təsirindən öləcək,lakin daha sonra bu bitkidən və onun zəhərli təsirindən müharibələrdə istifadə ediləcək deyə bir itdən keçmək olar. Bitkinin kökü insana bənzədiyindən və ölümlə uzlaşdırıldığından orta əsrlərdə onun dar ağacında asılan insanlardan tökülən yağdan yarandığı güman edilirdi.Bu səbəbdən orta əsr təsvirlərində bitki dar ağaclarının altında rəsm edilir.

Mandragora, from Tacuinum Sanitatis (1474).

Təsiri redaktə

Tərkibində 0.3% Hiosiamin və Skopolamin alkoloidləri olduğundan zəhərli bitki hesab olunur.Bununla yanaşı ağrıkəsici,yatışdırıcı və cinsi qüvvəni artıran təsirləri mövcuddur.Bitkinin bu xüsusiyyətləri səbəbindən qədim dövrlərdə sehrli gücə malik olduğu düşüncəsi formalaşmışdır.

Ədəbiyyat redaktə

  • Homerin "Odisseya" əsərinin onuncu hissəsində mandraqoradan söz açılır və onun təsirinə tanrılardan başqa heç bir canlının dözə bilməyəcəyi qeyd edilir.
  • Alman yazıçı Hans Heinz Evers asılmış bir adamın nəsil toxumlarını kurtizan qadına ötürüldükdən sonra yaranan cadugərdən bəhs etdiyi əsərinə "Alraune" (mandraqoranın almanca adıdır) adını vermişdi.
  • Şekspir "Romeo və Cülyetta" əsərində bitkinin torpaqdan çıxararkən qopardığını iniltini belə təsvir edir:
       Kökündən ayrılmış mandraqoranın
       İnsanı sarsıdıb dəli etdiyi,
       Naləsitək qorxunc iniltilərdən
       Axı, necə dəli olmayacağam?
  • Ser Artur Konan Doylun "Şeytanın ayağı" adlı Şerlok Holms hekayəsində Şeytanın ayağının kökü mandraqora adlandırılır.
  • Coan Roulinqin Harri Potter seriyalarında mandraqora bir çox yerdə və dərslərdə istifadə edilir.
  • Fantast yazıçı Terri Pratçetin "Bərabər ayinlər" romanında mandraqoranın torpaqdan çıxarılarkən böyük qışqırıq qopardığı yazılıb.

Növləri redaktə

İstinadlar redaktə

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 84. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 181.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Mandraqora:The Plant List saytında takson barədə məlumat. (ing.)


Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023