Marşal Baqramyan prospekti (İrəvan) Haqqinda Melumat - Vikipedia

Marşal Baqramyan prospekti (İrəvan) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Marşal Baqramyan prospekti (İrəvan)

Marşal Abramyan prospekti (erm. Մարշալ Բաղրամյան պողոտա) — İrəvan şəhərinin mərkəzində yerləşən prospekt. Prospektin böyük bir qismi şəhərin mərkəzi inzibati dairəsi əeazisində yerləşir. Bir hissəsi isə Arabkir inzibati dairəsinə daxildir. Prospekt milliyyətcə erməni olan sovet sərkərdəsi İvan Xristovoroviç Baqramyanın şərəfinə adlandırılmışdır. 1970–1995-ci illərdə Dostluq prospekti olaraq adlandırılırdı[1]

Marşal Baqramyan prospekti
40°11′32″ şm. e. 44°30′14″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Marşal Baqramyan prospekti xəritədə
Marşal Baqramyan prospekti
Marşal Baqramyan prospekti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maraqlı fakt redaktə

Marşal Baqramyan rospekti İrəvan şəhərinin mərkəz hissəsinin əsas arteriya xəttini təşkil edir. Pospekt Fransa meydanından başlayaraq Dostluq meydanına qədər uzanır. Fransa meydanında isə A. A. Spendrionov adına erməni akademik opera və balet teatrı yerləşir.

Ermənistan Respublikası prezidentinin rezidensiyası və Ermənistan Respublikasının Milli Məclisinin binasının bu prospektdə yerləşməsi səbəbindən burada tez-tez mitiqlər təşkil edilir. 2015-ci ildə tsrif qiymətlərinin qaldırılması ilə əlaqədar olaraq təşkil edilən kütləvi mitinqlərdə prospekt bir necə həftə nəqliyyatın üzünə bağlı qalmışdır.

Küçədə yerləşən obyektlər redaktə

Marşal Baqramyan prospektində aşağıdakı obyektlər yerləşir:

  • Ermənistan Respublikası prezidentinin rezidensiyası.
  • Ermənistan Respublikasının Milli Məclisinin binası
  • Ermənistan Respublikasının Konstitutsiya məhkəməsinin binası
  • İsveçrə, Suriya, Böyük Britaniya, ÇinTaylandın Ermənistandakı səfirlikləri.
  • Ermənistan Respublikasının Milli Elmlər Akademiyası.
  • Ermənistanın Amerika Universiteti.
  • Aram Xaçaturyanın ev muzeyi.
  • Ermənistsn yazıçılar birliyi.
  • Ermənistan Arxitektorlar birliyi.
  • 55 (Çexov adına), 76 (erməni-argentina), 78 və 172 saylı məktəblər
  • Aşiqlər parkı.
  • Ermənistan Evangiliya kilsəsi.
  • Dostluq və Marşal Baqramyan metrostansiyaları.

Nəqliyyat redaktə

Küçə piyada-nəqliyyyat istiqamətlidir. Üç zolaqdan ibarət olan küçə, hər nəqliyyatın hər iki istiqamətli gedişinə icazə verilir. Küçə boyunca iki metro stansiyası yerləşir. Üstəlik avtobus dayanacaqlarına sahibdir. Prospektin uzununluğu 2,2 km təşkil edir.

Qalereya redaktə

İstinadlar redaktə

  1. "History". 2018-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024