Mar Bayciyev Haqqinda Melumat - Vikipedia

Mar Bayciyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mar Taşimoviç Bayciyev (23 mart 1935, Cəlalabad29 oktyabr 2021, Bişkek) — qırğız yazıçısı.

Mar Bayciyev
qırğ. Мар Байжиев
Doğum tarixi 23 mart 1935(1935-03-23)
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 2021(2021-10-29) (86 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, kinorejissor, ədəbiyyat tənqidçisi
Əsərlərinin dili Qırğız dili
Mükafatları "Danaker" ordeni 3-cü dərəcəli "Manas" ordeni

Həyatı redaktə

Mar Taşimoviç Bayciyev 23 mart 1935-ci ildə Qırğızıstanda anadan olub. 1960-cı ildə Qırğızıstan universitetini bitirib. PravdaKomsomolskaya pravda qəzetlərində çalışıb.

Mar Bayciyev nasir, dramaturq, teatr və kino rejissorudur. 1990–1995-ci illərdə Qırğızstan Parlamentinin deputatı olub.

Qırğızstan parlamentinin Təhsil, elm, mədəniyyət və idman komitəsinin iclasında yazıçı Mar Bayciyev təklif verib ki, məscidlərdə sübh azanı qadağan edilsin.

Yazıçının məntiqinə görə, əvvəllər azan möminlərə namaz vaxtını xatırlatmaq məqsədilə verilirdi. İndi, bu, lazım deyil və möminlərə görə dinə inanmayanlar əziyyət çəkməli deyillər. Ona görə də səhər saat 5-də verilən azana qadağa qoyulmalıdır.

Yazıçı onu da bildirib ki, qırğız milli mədəniyyətində baş örtüyü olmayıb, əksinə, xanımların üzü həmişə açıq olub. O, misal kimi "Manas" eposundan qadın obrazlarını xatırladıb.

M. Bayciyev söyləyib ki, insanlarda islam və ümumiyyətlə, din haqqında kamil məlumat yoxdur. Ona görə də məktəbliləri dinlə bağlı maarifləndirmək lazımdır ki, böyüyəndə fanat olmasınlar.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə

  • Мар Байджиев
  • Байджиев М. Т. Сказание о Манасе // Новая литературы Киргизстана [1]

Saytda 241 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024