Mario Qomes Haqqinda Melumat - Vikipedia

Mario Qomes Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mario Qarsiya Qomes (10 iyul 1985[1][2][…], Ridlingen[d], Baden-Vürtemberq[3]) - Hücum mövqeyinde oynayan alman futbolçu. Almaniyanın Ştutqart formasını geyinir. Ştutqartda ikinci dönəmdən əvvəl Volfsburq, Beşiktaş (icarə), Fiorentina, Bayern MünhenŞtutqart klublarında çıxış edib. O, Bayern Münhenə transferi ilə 2013-cü ilə qədər Alman Bundesliqasının ən bahalı (30 milyon avro) futbolçusu olub. 2006-07 mövsümündə Ştuttqartda göstərdiyi nəticə ilə Almaniyada ilin futbolçusu seçilib.

Mario Qomes
alm. Mario Gómez
Ümumi məlumatlar
Tam adı Mario Gomez Garcia
Ləqəbi Cənab Etibarlı
Doğum tarixi (38 yaş)
Doğum yeri Riedlingen, Baden-Vürtemberq, Almaniya Almaniya
Vətəndaşlığı Alman
Boyu 1,89 m
Çəkisi 88 kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub VfB Ştutqart
Nömrəsi 27
Karyerası
Gənclik karyerası
1990–1998 SV Unlingen
1998–2000 FV Bad Saulgau
2000–2001 SSV Ulm 1846
2001–2003 VfB Ştutqart
Klub karyerası[* 1]
2003–2005 VfB Ştutqart II 43 (21)
2003–2009 VfB Ştutqart 121 (63)
2009–2013 Bayern Münhen 115 (75)
2013–2016 Fiorentina 29 (7)
2015–2016 Beşiktaş 33 (26)
2016–2017 Volfsburq FK 45 (17)
2018– VfB Ştutqart 5 (1)
Milli yığma[* 2]
2007– Almaniya 71 (31)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 30 noyabr 2015 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 13 Fevral 2018 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası redaktə

VfB Ştuttqart redaktə

 
Qomes, 2007-də qazanılan Bundesliqa kuboku ilə

Qomes, peşəkar futbola 2003-04 mövsümündə II Ştuttqart klbunda başlayıb. İki mövsüm aralıqla gah II Ştutqartda gah da Ştuttqartda oynayıb. İki mövsümdə Qomes II Ştuttqartda 43 oyuna 21 qol vurub.[4]
Ştuttqartda isə ilk debütünü 9 mart 2004 tarixində UEFA Çempionlar Liqasında Çelsiyə qarşı edib. Bundesliqada isə ilk debütünü 8 may tarixində edib. 2003-04 mövsümündə yalnız 2 oyunda çıxış edib.[5]


2005-06 mövsümündən etibarən davamlı olaraq Bundesliqada çıxış edib. İlk mövsümündə 30 oyuna çıxıb, 6 qol atmağı bacarıb. İlk qolunu 17 sentyabr 2005 tarixində 1.FSV Mayns klubuna qarşı 2-1 məğlub olunan oyunda vurub.[6]


2006-07 mövsümü Qomesin karyerasında ilk kuboklarını qazanmaqla seçilib. O həmçinin karyerasının ən qollu mövsümünü keçirib. Bu mövsüm bütün turnirlər daxil olmaqla 30 oyuna 16 qol vurmağı bacarıb. Bunlardan 14-ü Bundesliqada olub. Bunun nəticəsində VfB Ştuttqart 2006-07 mövsümündə Bundesliqada çempion adını qazanıb. Qomes isə 2007-ci ildə Almaniyada İlin Futbolçusu seçilib [7] və müqaviləsini 2012-ci ilin sonuna qədər uzadıb.[8]


2007-08 mövsümündə Qomes bu nəticəsini yaxşılaşdırıb və 19 qol ilə fərqlənib.[9] Həmin mövsüm isə Ştuttqart əvvəlki mövsüm qədər uğurlu çıxış edə bilmədi. Qomes bu nəticəsi ilə bombardirlər siyahısında Luka Tonidən sonra ikinci yeri tutub. Alman kubokunda isə 6 qol ilə bombardir olub.[10] Bu uğurlu çıxışı ilə ona "Cənab Etibarlı" ləqəbi verilib.


2008-09 mövsümündə Ştuttqart təkrar çempionluq yarışında iştirak edib və mövsümün sonlarına yaxın lider Volfsburq ilə görüşdə klubunun dörd qolunun da müəllifi olub [11] və vacib qələbənin əsas iştirakçısı olub. Ancaq buna rəğmən Ştuttqart mövsümü üçüncü sırada başa vurub. Qomes isə 32 oyunda 24 qol ilə fərqlənib. Ümumilikdə isə 44 oyuna 35 qol vurub.[12]

Bayern Münhen redaktə

26 May 2009 tarixində Qomes, Bundesliqa rekordu ilə 30 milyon avroya qarşılıq olaraq, Bayern Münhene transfer oldu.[13] 2009-10 mövsümündə Qomes Bayern Münhendə heç də yaxşı çıxış etmədi və mövsümü cəmi 14 qol ilə başa vurdu.[14]


2010-11 mövsümündə isə o, əvvəlki illərdən də yaxşı çıxış etdi və 2010-11 mövsümündə 28 qol ilə Bundesliqa bombardiri oldu. Bu onun karyerasında ilk və tək bombardir tituludur.[15] O 100-cü qolunu 7 may 2011 tarixində Bayern Münhenin Sent Pauliyi 8-1 məğlub etdiyi matçda vurdu və həmçinin het-trik etdi. Ümumiyyətlə Qomes, Bundesliqada 13 dəfə het-trik edib.[16] Bayern Münhendə 2-ci mövsümünü Qomes 39 qol ilə başa vurdu.

 
Mario Qomes, Çelsiyə məğlub olduqları Çempionlar Liqası matçından sonra


2011-12 mövsümündə əvvəlki mövsümlərdən çox qol vursa da bombardir titulu qazana bilmədi. Ümumiyyətdə 52 oyuna 41 qol vurmağı bacardı. 4 Aprel 2012 tarixində müqaviləsini 2016-cı ilə qədər uzatdı.[17] 19 May 2012 tarixində karyerasında 2-ci dəfə UEFA Çempionlar Liqasında çıxış etdi ancaq Bayern Münhen finalda Çelsiyə penaltilərlə məğlub oldu.


2012-13 mövsümünə Qomes, Avro 2012dən biləyindən əməliyyat ilə qayıtdı. Zədəsinə görə transfer edilən Mario Madzukiçin arxasında qaldı.[18] 23 Apreldə Bayern Münhenin Barselonanı 4-0 məğlub etdiyi matçda klubunun 2-ci qolunu vurdu. Ümumilikdə 32 oyunda 19 qol vurdu. 6 İyun 2013 tarixində Qomesin məsləhətçisi dedi ki, "Aydındır ki, Qomes Bayerndə qalmayacaq". Buna səbəb olaraq onun Madzukiçin arxasında qalması göstərildi.[19]

Fiorentina redaktə

8 İyul 2013 tarixində Qomes Fiorentinaya transfer olduğunu bildirdi. Müqavilənin məbləği 20 milyon avro idi və 4 illik idi.[20] 15 İyul tarixində 20 min azarkeşin iştirakı ilə onun müqaviləsi üçün tədbir keçirildi.


Qomes ilk qollarını 1 sentyabr tarixində Cenoaya qarşı vurdu.[21] Lakin Qomesin Fiorentinadaki çıxışı o qədər də uğurlu olmadı. Dizindən zədə olan futbolçu, bir də 15 Fevral 2014 tarixində İnter ilə olan oyunda çıxış edə bildi.[22] 13 mart tarixində UEFA Avropa Liqasında Yuventusa qarşı oyunda qol vurdu. 23 mart tarixində isə Napoli ilə oyunda Qomes yenə dizindən zədələndi.[23] 2013-14 mövsümündə yalnız 4 qol vura bildi.[24]


2014-15 mövsümündə isə ilk qolunun 21 yanvar 2015 tarixində Atalantaya qarşı vurdu.[25] O bu mövsümü 20 oyun və 6 qol ilə başa vurdu

Beşiktaş redaktə

30 İyul 2015 tarixində Qomes, Beşiktaşa icarə əsasında transfer oldu.[26] Beşiktaşda ilk qolunu Başakşehire qarşı vurdu.[27] 2015-16 Türkiyə Super Liqasında Beşiktaş ilə çempionluq qazanan Qomes, 2015-16 mövsümündə Türkiyə Super Liqasının 26 qol ilə bombardiri, 28 qol ilə isə Beşiktaş tarixinin bir mövsümdə ən çox qol vuran xarici futbolçusu oldu. Qomes həmçinin qol/oyun nisbətində hələ Beşiktaş tarixinin ən uğurlu futbolçusudur. 2016-cı ilin aprel ayından əvvəl Beşiktaşa 1000 avroya məxsus ola bilərdi.[28] Lakin Qomes fikirləşəcəyini açıqladı. 2016 Avropa Çempionatında iştirak üçün Fransaya yollanan Qomes, Almaniyanın mübarizəni dayandırması ilə Beşiktaş və Fiorentina ilə danışıqlara başladı. İyul ayına qədər davam edən danışıqlara rəğmən Türkiyədə 15 İyul dövlət çevrilişinə cəhd hadisəsinə görə Facebook sosial şəbəkəsindəki profilindən Türkiyədə qalmamağa qərar verdiyini açıqladı.[29]

Volfsburq redaktə

17 Avqust 2016 tarixində Volfsburq klubu Mario Qomes üçün Fiorentina ilə razılığa gəldiyini elan etdi.[30] İllik 5,5 milyon avro alan Qomes, 2016-17 mövsümünü Bundesliqada Volfsburq ilə 16-cı pillədə başa vurdu və Bundesliqa 2-də 3-cü pillənin sahibi ilə ikinci liqaya düşməmək üçün mübarizə aparmalı oldu.[31] Play-out adı verilən qarşılaşmalarda Volfsburq, Ayntraxt Braunşvayq klubun keçərək, Bundesliqada mübarizəni davam etdirdi.

2. Ştuttqart dönəmi redaktə

2017-18 mövsümünün qış transfer dövründə Qomes doğma klubu Ştutqarta geri qayıtdı.[32] Qomes digər klubların əksinə Ştuttqartda 27 nömrəli formanı geyinir.

Milli karyerası redaktə

 

Mario Qomes, ispan mənşəli olmasına baxmayaraq, milli olaraq Alman millisini seçdi və Alman cavan millilərdə 14 yaşından etibarən çıxış etdi. Alman Millisində debütünü 7 fevral 2007 tarixində etdi. Almaniya, İsveçrəyə 3-1 qalib gəldi və Qomes 2-ci qolun müəllifi oldu.


Uğurlu çıxışlarından sonra Yoahim Löv tərəfindən Alman Millisinin Avro 2008 heyətinə dəvət aldı. Lakin uğursuz çıxışı nəticəsində çox tənqid edildi və qrup oyunları xaricində çıxış etmədi. Almanlar isə turniri 2-ci pillədə başa vurdular.


2010 Dünya çempionatında da heyətə daxil edilsə də, bu turnirdə də uğursuz çıxışı ilə nəticələndi və bir başqa beynəlxalq turnirdə fərqlənə bilmədi.


Avro 2012 seçmələrində uğurlu çıxışı ilə Avro 2012 heyətinə dəvət aldı. Avro 2012-də ilk qolunu Portuqaliya millisinə vurdu və Almaniya qalib gəldi. 2-ci matçda isə Hollandiyaya qarşı 2 qol vuran Qomes, Almaniyanın 2-1 qalib gəlməsində əsas rol oynadı. Sonraki matçlarda fərqlənə bilməsə də turniri bombardir bitirən 6 futbolçudan biri oldu.


2013-14 mövsümündə dizindan aldığı zədəyə görə 2014 Dünya Çempionatında iştirak etmədi.

Qomes 4 illik fasilədən sonra 2015-ci ilin Noyabrında Almaniyanın Hollandiya olan yoldaşlıq görüşü üçün heyətə daxil edildi. Qomesin tək qolu Almaniyanı 3-2 məğlubiyyətdən xilas etmədi.

2016 Avropa Çempionatı Almaniya heyətinə daxil edilən Qomes, qrup mərhələsində Şimali İrlandiya ilə olan oyunda qələbə qolunu vurdu. 1/16 final mərhələsində Slovakiyaya vurduğu qol ilə Almaniyanın Avropa Çempionatları tarixində ən çox qol vuran futbolçusu oldu.

Karyera statistikası redaktə

Klub statistikası redaktə

Klub Mövsüm Liqa Kubok Beynəlxalq Digər Ümumi İstinad
Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
II Ştuttqart 2003–04 Regionalliga Süd 19 6 19 6 [4]
2004–05 24 15 24 15 [33]
Ümumi 43 21 43 21
Ştutqart 2003–04 Bundesliqa 1 0 0 0 1 0 2 0 [34]
2004–05 8 0 1 0 1 0 10 0 [5]
2005–06 30 6 0 0 5 2 3 0 38 8 [35]
2006–07 25 14 5 2 30 16 [36]
2007–08 25 19 3 6 4 3 0 0 32 28 [9]
2008–09 32 24 2 3 10 8 0 0 44 35 [12]
Ümumi 121 63 11 11 21 13 3 0 156 87
Bayern Münhen 2009–10 Bundesliqa 29 10 4 3 12 1 45 14 [14]
2010–11 32 28 5 3 8 8 0 0 45 39 [16]
2011–12 33 26 5 2 14 13 52 41 [37]
2012–13 21 11 4 6 7 2 0 0 32 19 [38]
Ümumi 115 75 18 14 41 24 0 0 174 113
Fiorentina 2013–14 Seri A 9 3 0 0 6 1 15 4 [24]
2014–15 20 4 4 4 8 2 32 10 [24]
Ümumi 29 7 4 4 14 3 47 14
Beşiktaş 2015–16 Super Liq 33 26 3 0 5 2 33 28 [24]
Volfsburq 2016–17 Bundesliqa 33 16 2 1 - - 37 18 [24]
Volfsburq 2017–18 Bundesliqa 12 1 3 0 - - 15 1 [24]
Ştutqart 2017–18 Bundesliqa 5 1 - - - - 5 1 [24]
Karyera ümumi 391 210 41 30 81 42 5 1 518 283

Milli qolları redaktə

Qol Tarix Yer Rəqib Hesab Nəticə Turnir
1. 7 Fevral 2007 LTU Arena, Düsseldorf, Almaniya İsveçrə  2–0 3–1 Yoldaşlıq görüşü
2. 2 İyun 2007 Frankenstadion, Nürnberq, Almaniya San-Marino  4–0 6–0 UEFA Avropa Kuboku 2008 seçmələri
3. 5–0
4. 6 Fevral 2008 Ernst-Happel Stadionu, Vyana, Avstriya Avstriya  3–0 3–0 Yoldaşlıq görüşü
5. 26 Mart 2008 St. Jakob-Park, Bazel, İsveçrə İsveçrə  2–0 4–0 Yoldaşlıq görüşü
6. 3–0
7. 2 İyun 2009 Şeyx Zayed Stadionu, Abu Dabi, BƏƏ Birləşmiş Ərəb Əmirlikləri  2–0 7–2 Yoldaşlıq görüşü
8. 4–0
9. 5–0
10. 7–2
11. 5 Sentyabr 2009 BayArena, Leverkuzen, Almaniya Cənubi Afrika Respublikası  1–0 2–0 Yoldaşlıq görüşü
12. 29 May 2010 Ferenc Puşkaş Stadionu, Budapeşt, Macarıstan Macarıstan  2–0 3–0 Yoldaşlıq görüşü
13. 11 Avqust 2010 Parken Stadionu, Kopenhagen, Danimarka Danimarka  1–0 2–2 Yoldaşlıq görüşü
14. 12 Oktyabr 2010 Astana Arena, Astana, Qazaxıstan Qazaxıstan  2–0 3–0 UEFA Avropa Kuboku 2012 seçmələri
15. 29 Mart 2011 Borusiya Park, Münhenladbax, Almaniya Avstraliya  1–0 1–2 Yoldaşlıq görüşü
16. 29 May 2011 Rayn Nekar Arena, Zinzhaym, Almaniya Uruqvay  1–0 2–1 Yoldaşlıq görüşü
17. 3 İyun 2011 Ernst Happel Stadionu, Vyana, Avstriya Avstriya  1–0 2–1 UEFA Avropa Kuboku 2012 seçmələri
18. 2–1
19. 7 İyun 2011 Tofiq Bəhramov Stadionu, Bakı, Azərbaycan Azərbaycan  2–0 3–1 UEFA Avropa Kuboku 2012 seçmələri
20. 7 Oktyabr 2011 Türk Telekom Arena, İstanbul, Türkiyə Türkiyə  1–0 3–1 UEFA Avropa Kuboku 2012 seçmələri
21. 11 Oktyabr 2011 Esprit Arena, Düseldorf, Almaniya Belçika  3–0 3–1 UEFA Avropa Kuboku 2012 seçmələri
22. 31 May 2012 Sentralstadion, Laypsig, Almaniya İsrail  1–0 2–0 Yoldaşlıq görüşü
23. 9 İyun 2012 Lvov Arena, Lvov, Ukrayna Portuqaliya  1–0 1–0 UEFA Avropa Kuboku 2012
24. 13 İyun 2012 Metalist Stadionu, Xarkov, Ukrayna Niderland  1–0 2–1 UEFA Avropa Kuboku 2012
25. 26 Mart 2016 Berlin Olimpiya Stadionu, Berlin, Almaniya İngiltərə  2–0 2–3 Yoldaşlıq görüşü
26. 29 May 2016 WWK Arena, Avsburq, Almaniya Slovakiya  1–0 1–3 Yoldaşlıq görüşü
27. 21 İyun 2016 Park de Frans, Paris, Fransa Şimali İrlandiya  0–1 0–1 2016 Avropa Çempionatı Qrup Mərhələsi
28. 26 İyun 2016 Pier Moura Stadionu, Villenyev d'Ask, Fransa Slovakiya  2–0 3–0 2016 Avropa Çempionatı 1/16 mərhələsi
29. 26 Mart 2017 Respublika Stadionu, Bakı, Azərbaycan Azərbaycan  2–1 4–1 2018 DÇ Seçmə Mərhələsi
30. 4 Sentyabr 2017 Mersedes Benz Arena, Ştutqart, Almaniya Norveç  6–0 6–0

Uğurları redaktə

Klub uğurları redaktə

VfB Ştuttqart

Bayern Münhen

Beşiktaş

Milli uğurları redaktə

Şəxsi uğurları redaktə

İstinadlar redaktə

  1. Mario Gómez // Transfermarkt (çd.). 2000.
  2. MARIO GOMEZ // Argentine Soccer Database (isp.).
  3. Deutsche Nationalbibliothek Record #1023941171 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 4,0 4,1 "Arxivlənmiş surət". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  5. 5,0 5,1 "Arxivlənmiş surət". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  6. "Arxivlənmiş surət". 2013-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  7. "Arxivlənmiş surət". 2013-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  8. "Arxivlənmiş surət". 2013-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  9. 9,0 9,1 "Arxivlənmiş surət". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  10. "Arxivlənmiş surət". 2009-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  11. "Arxivlənmiş surət". 2013-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  12. 12,0 12,1 "Arxivlənmiş surət". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  13. "Arxivlənmiş surət". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  14. 14,0 14,1 "Arxivlənmiş surət". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  15. "Arxivlənmiş surət". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  16. 16,0 16,1 "Arxivlənmiş surət". 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  17. "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  18. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  19. "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  20. "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  21. "Arxivlənmiş surət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  22. "Arxivlənmiş surət". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  23. "Arxivlənmiş surət". 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  24. 24,0 24,1 24,2 24,3 24,4 24,5 24,6 "Arxivlənmiş surət". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  25. "Arxivlənmiş surət". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  26. "Arxivlənmiş surət". 2015-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  27. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  28. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  29. "Arxivlənmiş surət". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  30. "Arxivlənmiş surət". 2016-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  31. "Arxivlənmiş surət". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  32. "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  33. "Arxivlənmiş surət". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  34. "Arxivlənmiş surət". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  35. "Arxivlənmiş surət". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  36. "Arxivlənmiş surət". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  37. "Arxivlənmiş surət". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
  38. "Arxivlənmiş surət". 2019-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.

Xarici keçidlər redaktə


Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023