Mariya Svolu Haqqinda Melumat - Vikipedia

Mariya Svolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mariya Svolu

Yunanıstan feministi və sosialist lideri

Mariya Svolu və ya Mariya Desipri (yun. Μαρία Σβώλου; 1892[1], Afina3 iyun 1976[1]) — Yunanıstan feministi və sosialist lideri.

Mariya Svolu
yun. Μαρία Σβώλου[1]
Şəxsi məlumatlar
Doğum tarixi 1892[1]
Doğum yeri
Vəfat tarixi 3 iyun 1976(1976-06-03)[1]
Dəfn yeri
Partiya
  • Birləşmiş Demokratik Sol Partiya[d]
Fəaliyyəti siyasətçi, qadın hüquqları fəalı[d]
Həyat yoldaşı
  • Aleksandros Svolos[d]

Həyatı redaktə

Mariya Desipri 1892-ci ildə Afinada Corc Desiprosun ailəsində anadan olub. Üç bacısı olan Mariya iki il Pirey şəhərində yaşayıb. O, gənc yaşlarında atası Yunanıstan Milli Bankının filialının direktoru təyin olunanda ailəsi ilə birlikdə Larisa şəhərinə köçüb. Burada Larisa Arsakion məktəbində təhsil alan Mariya 1907-ci ildə məzun olub. O, 1915-ci ildə atasının ölümündən sonra ailəsi ilə Afinaya qayıdıb. 1916-cı ildə fransız dilinin tədqiqi üzrə sertifikat alan Mariyaya üç il sonra Kilsə və Dövlət Təhsili Nazirlikləri tərəfindən fransız dilinin tədrisi üzrə lisenziya təqdim edilmişdir.[2]

Fəaliyyəti redaktə

Mariya gənc yaşlarından Yunanıstanın qadın hərəkatında fəal iştirak edib. 1920-ci ildə Avra Teodoropulunun təşəbbüsü ilə Roza İmvrioti, Mariya Neqreponte və digər feministlərlə birlikdə qurulan Yunanıstan Qadın Hüquqları Liqasının təsisçilərindən biri olub.[3][4] O, 1923-cü ildə hüquq üzrə professor Aleksandros Svolosla evlənib. Qadın Hüquqları Liqasının katibi kimi Mariya işləyən və fahişəliyə qarşı mübarizə aparan qadınlar üçün axşam məktəblərinin yaradılmasının tərəfdarı idi. O, Yunanıstan qadınları üçün bərabərlik tələb edən kampaniya aparırdı. O, İqtisadiyyat Nazirliyinin əmək müfəttişi olarkən həmin vəzifəsindən istifadə edərək hökumətin diqqətini işləyən yoxsul qadınların iş və mənzil şəraitinin pis olmasına yönəldirdi.[5]

Mariya 1911–1936-cı illərdə liberal siyasətlə məşğul olub və sülh hərəkatını dəstəkləyib. O, "Qadın mübarizəsi" jurnalının redaktoru olub və 1936–1940-cı illərdə diktator Yoannis Metaksas tərəfindən əri ilə birlikdə Yunanıstandan sürgün edilib. Svolu liberal feminist hərəkatın lideri idi və gender bərabərliyinin yalnız fundamental sosial dəyişikliklərdən sonra əldə oluna biləcəyinə inanırdı.[6] O, 1940-cı ildə Yunanıstana qayıtdı və İtaliya-Yunan müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak etdi. Daha sonra Yunanıstan Almaniya tərəfindən işğal edildiyi dövrdə Qırmızı Xaçla birlikdə uşaqlar üçün yeməklər təşkil etdi. Svolu EAM-ELAS müqavimət hərəkatına qoşuldu və Milli Şuranın üzvü seçildi, həyat yoldaşı isə EAM-ın rəhbərlik etdiyi Milli Azadlıq Siyasi Komitəsinin sədri oldu.

Svolu kommunistlərə rəğbət bəsləyirdi və bu səbəbdən 1948-ci ildə Yunanıstanda vətəndaş müharibəsi zamanı yenidən sürgün edildi. Qayıtdıqdan sonra o, Birləşmiş Demokratik Sol partiyasının üzvü kimi parlamentə namizədliyini irəli sürdü. Mariya Svolu parlamentə iki dəfə seçilib və partiyanın Mərkəzi Komitəsinin üzvü olub.[5]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 http://greekarchivesinventory.gak.gr/index.php/s7xr-z855-tehn.
  2. Samiou, Dimitra. SVOLOU, Maria (born Desypri) (1892? - 1976) // Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries (1st). New York: Central European University Press. 2005. 552–557. ISBN 9637326391.
  3. Boutzouvi, 2006. səh. 571
  4. Χατζηϊωάννου, 2015
  5. 1 2 Morris, Paul. Svolou, Maria (d. 1976) // Commire, Anne (redaktor ). Women in World History: A Biographical Encyclopedia. Waterford, Connecticut: Yorkin Publications. 2002. ISBN 0-7876-4074-3. 2016-02-24 tarixində orijinalından arxivləşdirilib.
  6. Daskalova, Krassimira. Balkans // The Oxford Encyclopedia of Women in World History. Oxford: Oxford University Press. 2008. 188–189. ISBN 978-0-19-514890-9.

Ədəbiyyat siyahısı redaktə


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024