Mark Tven Haqqinda Melumat - Vikipedia

Mark Tven Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835[1][2][…]21 aprel 1910[1][2][…]) — Amerika yazıçısı, jurnalisti və ictimai xadimi.

Mark Tven
ing. Mark Twain
Doğum adı Samuel Langhorne Clemens
Doğum tarixi 30 noyabr 1835(1835-11-30)[1][2][…]
Vəfat tarixi 21 aprel 1910(1910-04-21)[1][2][…] (74 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Vudloun qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti jurnalist, roman yazıçısı, avtobioqraf[d], müəllim, yumor ustası, uşaq ədəbiyyatı yazıçısı, yazıçı-səyyah[d], aforizmlər müəllifi, fantastika yazıçısı[d], yazıçı, nasir, publisist
Fəaliyyət illəri 1864–1910
Əsərlərinin dili ingilis dili, alman dili
Tanınmış əsərləri
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oxuculara daha çox "Heklberri Finnin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Heklberri Finnin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir.

Həyatı redaktə

Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.

Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Missisipi çayı boylarındakı Hannibala şəhərinə daşındı. İrəlidə yaradacağı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənərək yazılmışdı. Biznesmenlik və vəkillik edən atasını on bir yaşında ikən sətəlcəmdən itirincə məktəbini buraxıb köməkci olaraq bir mətbəədə işə başladı. 1851-ci ildə böyük qardaşı Orionun sahibi olduğu yerli qəzetdə yazarlıq etməyə başladı; yazılara da kömək edir və yumorlu məqalələr yazırdı

On səkkiz yaşına gəldiyində dünyanı kəşf etmə arzusunda bir gənc olaraq ABŞ-nin müxtəlif əyalətlərini gəzməyə başladı, bu vaxt müxtəlif mətbəələrdə işlədi. Dörd il sonra Missuriyə döndüyündə Missisipi çayındakı buxarlı gəmilərdə kapitanlıq etmək istədi. Kapitanlıq imtahanlarına hazırlıq üçün səylə calışırdı, çayın hər yerini öyrənməsi iki ilini almışdır.

Özünə bu işdə Henry adındakı qardaşı yoldaşlıq edirdi. Bir gecə yuxusunda qardaşının çalışdığı gəminin yanmasını və ölümünü görməsi və bu hadisənin 1858-ci ildə eynilə yuxusundakı kimi reallaşması onu çox təsir etdi. Qardaşının ölümündən bir parça özünü günahkar saydı və bu hadisədən sonra parapsixologiya ilə maraqlandı.

24 yaşında kapitanlıq səlahiyyətini öz üzərinə götürdü və Amerikan Vətəndaş müharibəsi çıxıb çay gəzintiləri qadağan edilənə qədər çayda kapitanlıq etdi. Döyüşə könüllü olaraq qatıldı, ancaq 14 günlük əsgəri təhsildən sonra ordudan ayrılıb Nevadada qubernator olan böyük qardaşı Orionun yanına getdi. Qardaşı ilə birlikdə bir müddət məktub avtomobiliylə bölgəni gəzdikdən sonra zəngin olma xəyalıyla mədənçilik etdi. Mədənçilik işi müvəffəqiyyətsizliklə nəticələndi

Bəzi gəzinti yazıları və məqalələr yazaraq müxtəlif əyalətləri gəzdi. Mark Tven adıyla imzaladığı ilk məqaləsi "Carsondan Məktub" adlı məqaləsi idi. Mark Tven Missisipi gəmilərində "iki kulaç dərinlik" mənasını verən bir taxma addır.

18 noyabr 1865 günü New York Saturday Prcccvbbes adlı qəzetdə nümayiş olunan "Claravasda Tullanan Qurbağa" adlı hekayə ilə ədəbiyyat sahəsində çıxış etdi. Bir kömür şaxtası düşərgəsində mədənçilərdən dinlədiyi yerli bir əhvalatı öz ağızından izah edərək məşhurlaşdırmışdır tutmuşdu. Hekayəni, 1867-ci ildə nümayiş olunan ilk kitabında da yer aldı 1866-cı ildə bir qəzetin müxbürü olaraq Havaya adalarına gedərək oradan yazılar göndərdi. İki il sonra yenə yerli bir qəzetin istəyi üzərinə Aralıq dənizidə bir gəmi dövrünə çıxdı və gəzinti yazılarını cəmləşdirib Xarici Ölkə adlı kitabında yığdı. Bu əsəri ilə ölkəsində çox məşhur komediyan yazıcısı oldu.

Tvenin göz bəbəyi özünün hazırladığı dəri üzlü dəftərlər imiş. Qələm seçimi isə "Conklin Csescent Filler" olub. Bu qələmin əsas üstünlüyü masaya qoyulanda yuvarlanıb düşməməyi imiş. Ancaq Tvenin revmatizması olduğundan sonradan əsərlərini diktə edib.

Huckleberry Finndən sonra 5 il boyunca kitab nümayiş etməyi buraxan Tven, zəngin olmaq ümidiylə biznes mühitünə atılmışdır. Pul qazanmaq üçün müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin cəhdləri həmişə pul itkisiylə nəticələndi. 1885-ci ildə qurduğu nəşriyyat isə müflisləşməsinə gətirib çıxardı. İlk olaraq vətəndaş müharibəsi qəhrəmanlarından və köhnə ABŞ başçılarından çox böyük heyranlıq duyduğu Ulysses Grantın xatirələrini ardından Mark Tvenin öz kitabı Huckleberry Finin Macəralarını nümayiş edən nəşriyyat, bu iki kitabla əldə etdiyi müvəffəqiyyəti bir daha əsla tuta bilmədi. Vətəndaş müharibəsi ilə əlaqədar müxtəlif xatirə kitablarının ardından dünyadakı bütün Katoliklərin bir dənə götürüb oxuyacağı düşüncəsiylə Papa XIII. Leonun xatirələrini eyni anda 6 dildə nümayiş etdi ancaq nə döyüş xatirələri nə də Papanın xatirələri oxucuların maraqına səbəb olmamışdır. Bu müvəffəqiyyətsizliklərinin ardından Ceyms W. Paige adlı ixtiraçının inkişaf etdirdiyi bir növ maşını üçün xərclədiyi minlərlə dollar da ona heç bir gəlir gətirə bilmədi.

1891-ci ildən etibarən ailəsiylə həyat bahalılığının daha az olduğu Avropaya yerləşən Tven dolanışığını təmin etmək üçün yazılarını sıxlaşdırdı. 1894-cü ildə, cap maşını Chicago Herald Qəzetində sınandı və müvəffəqiyyətsiz oldu. Borclarını ödəyə bilmək üçün yeni bir yol tapan Mark Tven bütün dünyanı əhatə edən bir danışıq dövrünə çıxdı. Avstraliyadan Hindistana, Cənub Afrikadan İngiltərəyə qədər bir çox ölkəni gəzdi. Bu konfranslar silsilə aid gəzinti qeydlərini Ekvatorun İzində adlı yazısıyla paylaşdı.

Mark Tven 1896-cı ildə 23 yaşındakı qızı Susyun menengit səbəbiylə ölümü üzərinə depressiyaya girdi və ruhi böhranları həyatı boyunca zaman zaman təkrar baş göstərdi. Borclarını ödəyib 1900-cü ildə ölkəsinə qayıdana gədər ailəsiylə birlikdə İsveçrə, Avstriya və İngiltərədə yaşadı. ABŞ a döndükdən sonra yoldaşı Olivianın sağlamlığı pozuldu. həkim tövsiyəsi üzərinə 1903-cü ilin sonunda İtaliyaya getdilər, nə var ki sağlamlığına qovuşa bilməyən Olivianı 1904-cü ildə Floransada həyata vəda etdi.

Yaşlılıq illərində müstəmləkəçiliyi, irq düşmənliyi, qazanc ehtirası, dini ikiüzlülüyü sərt bir dillə tənqid edən yazılar yazdı. 1905-ci ildə yetmişinci yaşını Ağ Evdə Teodor Ruzveltin qüruruna verdiyi yeməkdə qeyd etdi. 1907-ci ildə Oxford Universiteti özünə fəxri doktor rütbəsi verdi. 1909-cu ildə 29 yaşındakı kiçik qızı Jean infarkt nəticəsində həyatını itirdi. Mark Tven 1906-cı ildə yazmağa başladığı bioqrafiyasını tamamlayamadan keçirdiyi ürək narahatlığı nəticəsində 21 aprel 1910 günü Konnektikutda həyatını itirdi.

Əsərləri redaktə

  • "Kalaverasdan olan məşhur qurbağa" (1865)
  • "Günahsızlar yadellərdə" (1869)
  • "Mətinlər" (1875)
  • "Qızılı əsr" (1873)
  • "Köhnə və yeni oçerklər" (1875),
  • "Missisipidə köhnə vaxtlar" (1876)
  • "Tom Soyerin macəraları" (1876)
  • "Şahzadə və dilənçi" (1881)
  • "Missisipidə keçən həyat" (1883)
  • "Heklberri Finnin macəraları" (1884)
  • "Konnektikutdan olan yanki kral Arturun sarayında" (1889)
  • "Fərsiz Vilson" (1894)
  • "Janna d`Ark" (1896)
  • "İnsan nədir?" (1906)
  • "Müəmmalı yadelli" (1916) (1897-1908 arası üzərində işləmişdir)

Filmoqrafiya redaktə

  1. Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954) / The Million Pound Note

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 Mark Twain // Internet Broadway Database (ing.). 2000.
  3. 3,0 3,1 http://web.archive.org/web/20170324042709/http://jeugdliteratuur.org/auteurs/mark-twain.

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023