Mark Yuni Brut Haqqinda Melumat - Vikipedia

Mark Yuni Brut Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mark Yuni Brut (təq. e.ə. 85[1], bilinmir, Roma respublikası23 oktyabr e.ə. 42[2]) — Romalı sərkərdə, sui-qəsdçi.

Mark Yuni Brut
lat. Marcus Junius Brutus
Doğum tarixi təq. e.ə. 85[1]
Doğum yeri
Vəfat tarixi 23 oktyabr e.ə. 42[2]
Fəaliyyəti filosof, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mark Yuni Brut eramızdan əvvəl 85-ci ildə anadan olmuşdu. Əsilli bir ailədən idi. Onun babalarından olan Lusiy Yuni Brut tiran Torkvinini ölkədən qovmuş və ilk konsul olmuşdu. Lusiy öz prinsiplərini güzəştə gedən adam deyildi. Çarlıq quruluşunu bərpa etməyə çalışan patrislərin sui-qəsdinin üstünü açmış, onların sırasında olan öz oğullarını da ölümə məhkum eləmişdi. Lusiy öləndən sonra ona Kapitolidə heykəl qoymuşdular.

Brutun atasını isə Pompeyin əmri ilə edam etmişdilər. Anası Serviliya ağıllı, təhsilli bir qadın idi. Dayısı Katon respublikaçıların lideri idi. Qul müharbələri dövründə Spartakın üsyanının yatırılmasında böyük xidmətləri vardı. Brut Afinada gözəl təhsil almışdı. Fəlsəfəni, natiqlik sənətini dərindən öyrənmişdi. Platonun fəlsəfəsinə vurulmuşdu. Böyük idealistin fəlsəfəsi onu başqa filosofları da dərindlən öyrənməyə təhrik etmişdi.

Brut və Siseron redaktə

Brutun otuz bir yaşı olanda Siseronla tanış olmuşdu. Onların arasında həm yaş, həm də ictimai mövqeyə görə fərq vardı. Siseron böyük natiq, aristokrat-respublikaçıların rəhbəri, Brut isə hələ heç bir titulu olmayan gənc idi, amma böyük hörmət qazanmışdı. Ona təkcə dostları, dairəsi yox, rəqibləri də qibtə edirdilər. Siseronun onun haqqında dediyi bir söz isə Brutu daha da şöhrətləndirdi: "Görəsən, kimsə səni qədər hörmətli və sevimli olubmu?" Sezarın diktaturası onları daha da yaxınlaşdırdı. Siseron Brut haqqqında deyirdi: "O artıq gənclərin içərisində birincidir, gələcəkdə Romanın birincisi olacaq".

Vətəndaş müharibəsi redaktə

Miladdan öncə 49-cu ildə Yuli Sezarla Pompey arasında vətəndaş müharibəsi başladı. Hər iki tərəf Brutun şəxsi müstəvidə düşməni idi: Pompey atasının qatili, Sezar isə anasının və bacısının oynaşı. Brut iki od arasında qalmışdı. O, monarxiyaya nifrəti səbəbindən ata qatili ilə əməkdaşlığı seçmişdi. Brutun öz tərəfdarları ilə Makedoniyaya – Pompeyin yanına gəlməsi respublikaçılara böyük rüh yüksəkliyi vermiş, öz seçimlərində haqlı olmaları qənaəti yaratmışdı. Əvvəllər Brut Pompeyi görəndə atasının qatilinə olan nifrət onu çulğayır və salam vermədən keçirdi, amma Vətənin gələcəyi haqda narahatlıq onları birləşdirdi. Döyüşlər Makedoniyada gedirdi və Brut ölümü haqda düşünmədən qəhrəmanlıqla döyüşürdü. Hətta indiki Albaniya ərazisində baş verən bir neçə döyüşdə uğur da qazanmışdı. Onun həyatı üçün narahat olan Sezar sərkərdələrə tapşırıq vermişdi ki, Brutu qorusunlar, imkan daxilində xahiş edib yanına gətirsinlər. Gəlmək istəməsə, narahat etməsinlər. Ehtimal olunur ki, Sezarın bu hərəkəti onun Brutun anasına olan münasibətlə bağlı idi: Sezar əmin idi ki, Brut onun döğmaca oğludur. Plutarx yazır ki, bir dəfə senatda mübahisələr zamanı qəribə bir hadisə olub. Sezar və Brutun dayısı Katon mübahisə edəndə Sezara bayırdan bir məktub gətirirlər və o oxumağa başlayır. Bu vaxt Katon qışqırır ki, sən düşmənlə əlaqə saxlayırsan, onlardan məktub alırsan. Çaxnaşma yarandığını görən Sezar məktubu sakitcə Katona uzadır. Yazılanın bacısı Serviliyadan sevgi məktubu olduğunu görən Katon məktubu onun üzünə çırpır: "Götür, əyyaş…" və müzakirələri davam etdirir… Pompey bu müharibəni uduzdu və sığınacaq üçün Misirə qaçdı, amma orada çarın əyanları Sezarın yaxınlaşdığını hiss edib onu öldürdülər.

Sezar qələbədən sonra redaktə

48-ci ildə Pompey məğlub olandan sonra Sezar nəinki Brutu bağışladı, hətta ona məsul vəzifələr də verdi. Özü isə ömürlük diktator titulu aldı. Ona "Vətənin atası" titulu, dini liderlik statusu verildi. Sezarın qələbə çaldığı günlər bayram elan olundu. Sikkələrə şəkli həkk olundu, heykəlini "tanrılar"ın heykəlləri ilə bir cərgəyə qoydular. Sezar Senat üzvlərinin sayını artırdı və oranı öz adamları ilə doldurdu. Bununla da xalq yığıncaqları öz siyasi əhəmiyyətini itirdi. Burada Sezarın verdiyi qərarları mütiliklə dəstəkləyirdilər, amma onun Bruta münasibəti əvvəlki kimi qalırdı. Bu simpatiyanı hamı duyurdu. Hətta Sezar bir dəfə demişdi: "Mən bilmirəm, bu cavan oğlan nə istəyir, amma nə istəyirsə, onu çox şiddətlə istəyir". Brut Sezarın tapşırıqlarını lazımınca yerinə yetirirdi, amma içində bir qisas hissi vardı. Düzdü, Sezarın Brutun anası Serviliyanı yoldan çıxarması Brutun əlinə əlavə arqumentlər verdiyini də inkar etmək olar, amma bütün bunlar ikinci dərəcəli idi. Sezar böyük hakimiyyət toplamışdı. Brut hesab edirdi ki, ölkədə əsas söz sahibi ayrıca bir şəxs yox, senatorlar olmalıdır. Belə bir mövqeyin formalaşmasında atası öləndən sonra ona atalıq edən dayısı Katonun böyük təsiri vardı.

Sui-qəsd redaktə

Sezarın hakimiyyəti çox da möhkəm deyildi. O, Senatı real siyasi gücdən məhrum eləsə də, onun iqtisadi potensialına dəyməmişdi. Senatorlar çox iri torpaq sahibləri idi. Sezar, demək olar ki, bütün iri pompeyçiləri bağışlamışdı. Onlar formal şəkildə Sezarla barışsalar da, monarxiya ilə barışmırdılar.

Çünki ölkədə Sezarı ilahlaşdırmaq prosesi gedirdi. Ona and içmək hüquqi gücə malik idi. Ziyarətgahlarda Sezarın adına qurban kəsirdilər…

Bu vaxt Brutun həyatında mühüm bir hadisə baş verdi. O, arvadını boşayıb dayısı Katonun qızı Porsiyə evləndi. Porsinin əri ölmüşdü. Dayısı isə Sezarın qanlı düşməni idi. 44-cü ildə nəhayət, Kassi sui-qəsd planı haqda Bruta məlumat verdi. Qəsdin rəhbəri Brut oldu. Sezar yenidən yürüşə hazırlaşırdı. Zaman az idi. Plana görə Brutun qohumu qladiatorlarla sui-qəsdçiləri qorumalı idi. Treboni küçədə Antonini Sezardan ayırmalı, Brut isə Senatda qəsdin motivləri barədə çıxış etməli idi… Amma Sezar gəlib çıxmırdı. Evdə arvadı pis yuxular gördüyünü, ürəyinə nəsə damdığını demişdi. Falçılar da məsləhət görmürdülər. Sezar iclası təxirə salmaq barədə göstəriş verdi. Bu vaxt Sezara yaxın olan, amma qəsddə iştirak edən adamlardan biri ona məsləhət gördü ki, söz-söhbətə son qoymaq üçün özü gedib çıxış etsin. Gözlənilən an yaxınlaşırdı. Bu vaxt daha bir problem çıxdı. Brutun evindən pis xəbər gəldi: arvadı can üstədir, amma o, Senatı tərk etmədi… Nəhayət, Sezar gəldi, əhatəyə alındı və ona iyirmi üç xəncər zərbəsi vuruldu. Onu vuranların biri də Brut idi. Sezarın yeganə sözü sonralar dillər əzbəri olacaqdı: "Brut, sən dəmi, mənim balam?!" Yunan filosofları tiran Sezarın qətlini müsbət hadisə kimi qiymətləndirirdi.

Siseronun cəhdləri redaktə

Hadisədən sonra sui-qəsdçilər Senatı çağırmaq barədə məşvərətə yığıldılar. Konstitusiyaya görə, bu, Antoninin hüququ idi. Siseron isə tələb edirdi ki, dövlət çevrilişi edilsin və vətəndaşlar silaha sarılmağa çağırılsın, amma Brut və Kassi Antoni ilə danışığa getməyə razılaşdılar. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu, böyük səhv idi. Senat toplanan günü respublikaçılar tələb etdilər ki, Sezar tiran elan edilsin və sui-qəsdçilərə qəhrəman adı verilsin. Bu vaxt Antoni dedi ki, əgər belə olarsa, Sezarın bütün sərəncamları qüvvədən düşür. Parfiyaya hücumdan əvvəl Sezar çoxlu sərəncamlar imzalamışdı və bunların orada iştirak edənlər üçün böyük əhəmiyyəti vardı. Sui-qəsdçiləri dəstəkləyənlərin çoxu öz yeni təyinatı haqda eşidəndən sonra mövqelərini dəyişdilər. Siseronun kompromis təklifi qəbul olundu: Sui-qəsdçilərə amnistiya elan olunsun. Sezarın bütün sərəncamları yerinə yetirilsin.

Brut və Antoni redaktə

Qısa müddət sonra Antoninin mövqeyi bir az da gücləndi. Vaxt qazanan Antoni xəzinədən götürdüyü qızıllarla və Sezarın şəxsi vəsaiti ilə lazımi adamları ala bildi. Dəfn günü etdiyi çıxış zamanı Sezarın qanlı köynəyini nizəsi ilə qaldırıb camaata göstərməklə xeyli təsir qazandı. Bundan başqa, tiranın mumdan düzəldilmiş və iyirmi üç yarası göstərilən heykəli də camaata nümayiş olundu. Qəzəblənmiş kütlə imperatorun qatillərinin öldürülməsini tələb edirdi. Brutun tərəfdarlarının biri elə oradaca tikə-tikə doğrandı.

Bir müddətə Brut və Kassi mərkəzdən uzaqlaşdılar. Onlar özlərinə tərəfdar toplayırdılar. Antoni Yuli Sezarın oğlu Oktavianla dil tapandan sonra hər şey pisliyə doğru inkişaf eləməyə başladı. Onlar respublikaçılardan qisas almaq qərarına gəldilər. Triumvirlər proskripsiya siyahısı (qara siyahı) hazırladılar. Bu siyahıya Sezara sui-qəsdin iştirakçıları ilə yanaşı, triumvirat üzvlərinin şəxsi düşmənlərinin də adı salınmışdı. Onlar qanundan kənar elan olunur, öldürülür, əmlakları isə müsadirə olunurdu. İlk qurbanlardan biri Siseron oldu. Onu qətlə yetirib kəsilmiş başını Forumun tirbunasının üstünə qoymuşdular. Ziyafətlər zamanı Antoninin əmri ilə Siseronun başını yemək stolunun üstünə qoyurdular. Asiyaya qaçan Brut isə Kassi ilə ordu toplayırdı. Hər şey yaxşı gedirdi. İki ilə yaxın müddətdə onlar iyirmidən artıq legion, iyirmi minlik süvari qoşunu, iki yüzə yaxın hərbi gəmi əldə etməyə nail olmuşdular.

Nəhayət, qoşunlar üz-üzə gəldi. Heç bir tərəf hücuma keçmək istəmirdi. Bu vaxt Brut Romadan bəd xəbər aldı. Arvadı Porsi Brutun ölümü haqda xəbər alıb özünü öldürmüşdü. O, köz udub böyük əziyyətlə intihar etmişdi. İlk döyüşdə Brut qələbə qazandı, amma döyüşçülər qələbədən sonra talana başladılar və idarəolunmaz hala düşdülər. Respublikaçıların sol cinahında Kassi qətiyyətsiz hərəkət etdi. Süvarilər geri çəkildi. Piyadalar ləng hərəkət etdi. Oktavian onların arxasına keçdi. Brutun qələbəsindən xəbərsiz olan Kassi çadıra daxil olub döyüşçülərdən birindən xahiş etmişdi ki, onu öldürsün. Kassinin ölümü Bruta ağır təsir elədi. O, dostunun cənazəsi qarşısında xeyli göz yaşı tökdü. Nəhayət, Antoni və Oktavianın qoşunları arxadan hücuma keçdi. Döyüşdə respublikaçılar partiyasının xeyli tanınmış təmilçisi qəhrəmancasına həlak oldu.

Son redaktə

Öz tərəfdarları ilə meşəyə çəkilən Brut bir müddət orda qaldı. Ölümqabağı o, ulduzlara baxıb Evripidin şeirlərini zümzümə edirmiş. Dostlarından biri ona qaçmağı təklif edir. Qaçmaqmı? Yox, o, şərəfli ölümə üstünlük verirdi. Qaçmaq Pompeyi xilas eləməmişdi. Elə Siseron da qaçmağa cəhd eləmiş və tutulmuşdu. Bəlkə, Antoniyə təslim olsun? Bu variant da istisna olunurdu. Antoni allahlıq iddasında olan Sezarın yolu ilə gedirdi: böyük adamlar olmamalıdır; onlar ya pulla alınmalı, ya da məhv edilməlidirlər. Brut şərəfli bir ölümə üstünlük verdi. Dayısı Katon Pompey məğlub olandan sonra Sezarın əlinə düşməmək üçün intihar eləmişdi. Brut "Bəlkə, qaçaq?" deyə ona müraciət döyüşçü dostuna "Bəli, mütləq qaçacağam, amma ayağımla yox, əlimlə" dedi. Sonra qılıncını yerə bərkidib özünü onun üstünə ataraq intihar etdi. Respublika quruluşunun ən böyük təəssübkeşi, Şekspirin "romalıların ən nəcibi" adlandırdığı Brut öz həyatına belə son qoydu, amma onun zəhməti hədər getmədi. Antoni hələ onun sağlığında ömürlük imperator titulunu ləğv eləmişdi.

İstinadlar redaktə

  1. 1,0 1,1 M. Iunius (53) M. f. Brutus = Q. Servilius Caepio Brutus // Digital Prosopography of the Roman Republic (ing.).
  2. 2,0 2,1 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Həmçinin bax redaktə


Saytda 41 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023