Markiz de Sad Haqqinda Melumat - Vikipedia

Markiz de Sad Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Markiz de Sad

Sadizm

Donasyen Alfons Fransua de Sad (fr. Donatien Alphonse François de Sade; 2 iyun 1740[1][2][…], Paris[3]2 dekabr 1814[1][2][…], Sen-Moris, tarixdə Markiz de Sad (fr. marquis de Sade [maʁˈki də sad] kimi qalmışdır) — fransız zadəgan, yazıçı və filosof. Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizmin banisi kimi tanınır.

Markiz de Sad
fr. Donatien-Alphonse-François Sade
Doğum tarixi 2 iyun 1740(1740-06-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1814(1814-12-02)[1][2][…] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Vətəndaşlığı
Dövr Maarifçilik dövrü
İstiqaməti Avropa fəlsəfəsi
Əsas maraqları etika, estetika, siyasi fəlsəfə
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Markiz erotik ədəbiyyatın əhəmiyyətli yazıçılarındandır, əsasən sərt pornoqrafik yazılar yazmışdır.

Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir və ən əhəmiyyətli əsəri "Sodomun 120 günü"nü həbsxanada yazmışdır. Bir digər əhəmiyyətli əsəri də "Justine"dir. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir.

Yazılarında əxlaqı, qanunu, dini elementləri nəzərə almadan həddindən artıq azadlığı (hətta əxlaqsızlığı) və ən yaxşının zövq olduğunu müdafiə edirdi. Markis 32 il fərqli həbsxanalarda və ağıl xəstəxanasında həbs edildi: on il Parisdə (on ili Bastilledə keçdi), bir ay Conciergeriedə, iki il qalada, bir il Madelonnettesdə, üç il Bicêtredə, bir il Sainte-Pélagiedə və 13 il Charenton ağıl xəstəxanasında. Yazılarının çoxunu məhbus olduğu dövrdə yazdı. "Sadizm" anlayışı adından törədilmişdir.

Sade kitablarında şəxslər arası əlaqələrdə insanın insancıl yanı bir dəfə itirildiyində, nələr ola biləcəyinin məlumatını verir. Şəxslərarası əlaqələrdə insanın sahib olduğu qürur bir yana buraxıldığı zaman ortaya çıxan yeni qanun öz faydasını qoruma sonuna qədər davam etdirilirsə, zəruri olaraq "sadizm"ə söykənir. Əsərlərində əxlaqi hərəkətin təyin olaraq etik dəyərlər deyil, instinktlər, ya da "şərti buyruqlar" hərəkətin "prinsipi" edilsə nələr olacağından bəhs edir.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Itaú Cultural Marquês de Sade // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118604759 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.

Saytda 126 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024