Mars One layihəsi Haqqinda Melumat - Vikipedia

Mars One layihəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mars One layihəsi

Mars OneMarsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-ci ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-ci ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard't Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur.

Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular.

Mars haqqında redaktə

"Qırmızı planet Mars", Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir. Radiusu 3.396 km, səthinin sahəsi 144.798.500 km ², Günəşdən uzaqlığı 227.900.000 km, bir gününün müddəti 24 saat 40 dəqiqədir. "Phobos" və "Deimos" adı verilmiş 2 peyki var.

İnsanlığın bir digər planetdə koloniya qurması və yerləşməsi məqsədli Mars One layihəsində iştirak etmək, pay sahibi olmaq və bu fürsəti qaçırmamaq üçün bir çox insanlar, qurumlar, hətta ölkələr dəstək olmağa başladılar. Bütün ciddi və təşkilati dəstəklər real olma, inkişaf etdililə bilmə, hədəflərini genişləndirmə yolunda layihənin olduqca sürətləndirilməsini təmin etdi. Mənfəət məqsədi güdmədiklərini açıqlayan, Mars One layihəsi müəllifi Bas Lansdorp və The Interplanetary Media Group, Yerə geri dönməmək şərti ilə ilk mərhələdə 2 kişi və 2 qadından ibarət olan qrup seçəcəklərini və Marsa göndərəcəklərini bildirdilər. Bundan sonrakı həyatları ərzində hər dəqiqələri davamlı olaraq kameralarla təqib ediləcək və bütün dünya tərəfindən izləniləcək.

Mars One, Marsda ilk insan bazasını qurmağı planlaşdırır. Plana görə, dörd astronavtdan ibarət olan ilk ekipaj Yerlə vidalaşıb Marsa uçacaq, səfər sonunda, 2023-ci ildə isə Marsa enəcək. Hər iki ildən bir bu bazaya göndəriləcək yeni astronavtlarla 2033-ci ildə Mars üzərində yaşayan və işləyən iyirmi adam olacağı hesab edilir. Astronavt seçkiləri prosesi 22 aprel 2013 tarixində başlamışdır.

Layihənin planı redaktə

2013: bazalardan biri tədris üçün inşa ediləcək.

2014: İlk əlaqə peyki buraxılacaq.

2015: Astronavt seçkiləri prosesi tamamlanacaq. (Dörd nəfərdən ibarət olan altı komanda)

2016: 2,5 ton ağırlığında olan qida vəsaiti daşıma tutumlu, SpaceX - Dragon modulu yanvar ayında hazırlanmağa başlanacaq.

2018: Kəşfiyyatçı aparat baza yerini müəyyənləşdirmək üçün Mars səthində işlərə başlayacaq.

2021: Dragon kapsulası ilə, bir kəşfiyyatçı aparat, iki həyat modulu, iki həyat dəstək modulu və iki dəstək modulu olaraq altı ədəd əlavə modulla birlikdə uçuş edəcək.

2022: Dörd nəfərdən ibarət olan ilk yerləşəcək qrup, "SpaceX Falcon Heavy" raketi ilə yola çıxacaq.

2023: İlk yerləşəcək qrup inkişaf etdirilmiş Dragon kapsulası ilə Marsa eniş edəcək.

2025: Dörd nəfərdən ibarət olan ikinci yerləşəcək olan qrup gələcək.

2033: Koloniya əhalisi sayı 20 nəfərə çatacaq.

Sponsorlar redaktə

• Byte Internet (Holland İnternet xidmət provayderi)

• Aleph Objects, Inc.

• Verkkokauppa.com

• Gerald W. Driggers

• SoftLayer Technologies, Inc.

• VBC Notarissen

• MeetIn Intrepid Research & Development

• Trans Space Travels (Alman fondu)

• Edinburgh International Science Festival

• Baluw Research

• Mind Power Hungary

• Regus

• Feinstein Associates

• KIVI NIRIA

• Rockstart Accelerator

• Space Dream Studios

• Kliniek Amstelveen (Holland tibb xidmətləri

• Mpress Books (İnglis nəşriyyat şirkəti)

• MakeAmsterdam

• Great Communicators

Mənbə redaktə

https://en.wikipedia.org/wiki/Mars_One

http://tekamulaz.blogspot.com/2013/10/mars-one-layihsi.html

Xarici keçidlər redaktə

http://www.mars-one.com/en/ Arxivləşdirilib 2013-12-19 at the Wayback Machine


Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023