Martin Opits Haqqinda Melumat - Vikipedia

Martin Opits Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Martin Opits (alm. Martin Opitz‎; 23 dekabr 1597, Bunslau20 avqust 1639, Dansiq) — Alman yazıçısı və şairi. Martin Opitsin yaradıcılığı ilə alman poeziyası orta əsrlərin ənənələri çərçivəsindən kənara çıxır.

Martin Opits
Martin Opitz
Doğum adı Martin Opitz
Doğum tarixi
Doğum yeri Sileziya, Bunslau
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Polşa, Dansiq
Vəfat səbəbi taun[1][2]
Təhsili
Fəaliyyəti şair, tərcüməçi, şair-vəkil[d], ədəbiyyat nəzəriyyəçisi, yazıçı
Əsərlərinin dili alman dili
Janr barokko
İmza
Vikimənbənin loqosu Martin Opits Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

 
Weltliche und geistliche Dichtung (1888)

Martin Opits Sileziyanın Bunslau şəhərində tacir ailəsində anadan olmuşdur. 1615-ci ildə Breslavl məktəbində oxuduğu vaxt latınca parlaq şeirlər yazan Opits Beyten gimnaziyasında məşhur bir şair kimi tanınır. Burada latınca yazdığı "Aristarx, yaxud alman dilinə nifrət haqqında" adlı traktatında ana dilini öyrənməyə, təkmilləşdirməyə çağırır. Heydelberq Universitetində oxuduğu dövrlərdə o, klassik filologiyanı öyrənir. Kapar Bart, Tsinkqrear kimi şair və filoloqlarla dostlaşır, alman ədəbiyyatında islahat aparmaq fikri ilə yaşayır.

1621-ci ildə Martin Opits bir diplomat kimi fəal siyasi fəaliyyətə başlayır, müxtəlif knyazların yanında qulluq edir, vətənpərvər şair kimi tanınır.

1636-cı ildə Opits Polşa kralı VI Vladislavın dəvəti ilə Dansiqə gəlir və 1639-cu ildə orada taun xəstəliyindən ölür.

Xarici keçidlər redaktə

  1. https://www.deutschlandfunkkultur.de/barock-der-vater-der-deutschen-poetik-100.html.
  2. Opitz von Boberfeld, Martin (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 20. P. 129.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024