Materiya (fizika) Haqqinda Melumat - Vikipedia

Materiya (fizika) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Materiya (fizika)

Cismin çəkisi redaktə

Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi - cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir.

Çəkisizlik redaktə

Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir. Yalnız Yerin cazibə qüvvəsinin təsiri altında hərəkət edən istənilən cisim çəkisizlik halındadır.

Əvəzləyici qüvvə redaktə

Qüvvə vektorial kəmiyyət olub, üc əlaməti ilə təyin olunur:

  • istiqaməti
  • tətbiq nöqtəsi
  • ədədi qiyməti Cismə eyni zamanda bir neçə qüvvənin birlikdə göstərdiyi qədər təsir göstərən qüvvəyə əvəzləyici qüvvə deyilir. Bir düz xətt üzrə eyni istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisi həmin qüvvələr istiqamətində yönəlir, onun modulu isə toplanan qüvvələrin modulları cəminə bərabərdir R=F1+F2. F1 və F2-toplanan qüvvələr, R-əvəzləyici qüvvədir. Bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisi, modulu böyük olan qüvvə istiqamətində yönəlir, onun modulu isə toplanan qüvvələrin modulları fərqinə bərabərdir: R=F1-F2.

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024