Mavi İmpuls Haqqinda Melumat - Vikipedia

Mavi İmpuls Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu?) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur.[1]

Mavi İmpuls
Növü Aerobatika komandası
Yaranma tarixi 4 mart 1960 (1960-03-04) (qurulma) - Günümüz
Ölkə
Tabedir Yaponiya Hava Özünümüdafiə Qüvvələri
Rəngləri Ağ, mavi
        
Təchizatı Kawasaki T-4
mod.go.jp/asdf/pr_report…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi.

Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu. Əvvəlcə komanda "Tenryu" adlanırdı. Adın qərb dillərində çətin tələffüz olunduğu nəzərə alınaraq, komanda Mavi İmpuls adlandırıldı. 1961-ci ilə qədər hər bir təyyarə ayrı rəngdə idi. Sonradan isə bütün təyyarələr ağ və mavi rənglərdən ibarət olacaq formada boyandı.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.



Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024