Mehdi Bağırov (həkim-cərrah) Haqqinda Melumat - Vikipedia

Mehdi Bağırov (həkim-cərrah) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mehdi Bağırov (həkim-cərrah)

Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əmakdar həkimi olmuşdur.

Mehdi Bağırov
Mehdi Bağırov Abbas oğlu
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
İş yeri
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı
"Xalqlar dostluğu" ordeni"Lenin" ordeni"Qırmızı ulduz" ordeni

Tibbi fəaliyyəti redaktə

  • 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş;
  • 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış;
  • 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş;
  • 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş;
  • 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş;
  • 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1]

Mükafatları redaktə

Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.[2]

İstinadlar redaktə

  1. NE, I cild,, 2005. səh. 75-76
  2. "Nehrəm kəndi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.

Xarici keçidlər redaktə

Haqqında Kitablar redaktə


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024