Mehdi Həsənov (yazıçı) Haqqinda Melumat - Vikipedia

Mehdi Həsənov (yazıçı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mehdi Həsənov (yazıçı)

Həsənov Mehdi Rəhim oğlu (20 oktyabr 1935, Ağzıbir, Kəvər rayonu5 fevral 1971) – Azərbaycanlı nasir, publisist, Yazıçılar Birliyinin üzvü (1964), filologiya elmləri namizədi (1969).

Mehdi Həsənov
Doğum tarixi 20 oktyabr 1935(1935-10-20)
Doğum yeri
Vəfat tarixi 5 fevral 1971(1971-02-05) (35 yaşında)
Təhsili
Əsərlərinin dili Azərbaycan dili
Üzvlüyü

Həyatı redaktə

1935-ci il oktyabrın 20-də Ermənistanda Nor-Bayazet rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Qonşu Hacı Muxan kəndində orta məktəbi bitirmişdir (1950). İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1950–1955). Əmək fəaliyyətinə Razdan və Axtala rayonlarında müəllim kimi başlamışdır (1955–1957). Razdan komsomol komitəsində işlədiyi dövrdə Qazaxıstana – xam torpaqlarda işləməyə göndərilən komsomol əmək dəstələrinə başçılıq etmişdir (1957–1964). Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur (1964). "Müasir Azərbaycan dilində xitab" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1969). İrəvan Dövlət Pedaqoji İntitutunun azərbaycanlı şöbəsinin dil-ədəbiyyat fakültəsində baş müəllim, sonra dosent olmuşdur (1969-cu ildən). Bədii yaradıcılığa erkən başlamışdır, lakin ilk qələm təcrübəsi 1959-cu ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır.

1971-ci il fevralın 5-də İrəvan xəstəxanasında müəmmalı cərrahiyyə əməliyyatı nəticəsində vaxtsız vəfat etmişdir. Ağstafa şəhər qəbiristanlığında dəfn olunmuşdur.[1]

Yaradıcılığı redaktə

"Aldanmış gözlər", "Müjdə", "Vüsal" və "Qisas" hekayələri 1962–1967-ci illərdə "Ədəbi Ermənistan" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda elmi məqalələr, oçerk və hekayələrlə vaxtaşırı çıxış etmişdir. Onun "Dağlar qoynunda" (1964), "Maral əfsanəsi"(1971) hekayələr toplusu İrəvanda kütləvi tirajla nəşr olunmuşdur.

İstinadlar redaktə

  1. Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 148.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024