Mehdi bəy Hacıbababəyov Haqqinda Melumat - Vikipedia

Mehdi bəy Hacıbababəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mehdi bəy Hacıbababəyov

Mehdi bəy Hacıbababəyov (d.1871, Şamaxı şəh., Rusiya imperiyası -ö.1925, Bakı şəh., Azərbaycan SSR, SSRİ) — ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri.[1]

Mehdi bəy Hacıbababəyov
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası
Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ
Milliyyəti Azərbaycanlı
Dini İslam
Təhsili Bakı Realni Məktəbi
Fəaliyyəti Təhsil və siyasət
Tanınır Zaqafqaziya seyminin, Azərbaycan Milli ŞurasınınAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlüyünə görə

Mehdi bəy Şamaxının məşhur Hacıbababəyovlar ailəsinə mənsubdur. O, XIX əsrin məşhur azərbaycanlı memarı Qasım bəy Hacıbababəyovun, Sovet Azərbaycanının məşhur opera müğənnisi və Xalq Artisti (1938) Hüseynağa Hacıbababəyov ilə eyni nəsilə mənsubdur.

Haqqında redaktə

Mehdi bəy Hacıbababəyov 1871-ci ildə Şamaxıda anadan olmuşdur. Bakı realnı məktəbini bitirmişdir. 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir.[2]

Rusiya imperiyasında inqilablar dövrü başladıqdan sonra yaxından siyasətlə məşğul olmağa başlamışdır. O, Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. 1918-ci ilin 26 may tarixində Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqut edən zaman o, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi.Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (19 noyabr 1918) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Müsavat fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) üzvü idi.[3][2][4]

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, səh. 403" (PDF). 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-03.
  2. 2,0 2,1 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2005. səh. 427
  3. "Azərbaycan Milli Şurası". axc.preslib.az. 2018. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2024.
  4. Mehdi Abdullayev. "Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası" (PDF). Xalq qəzeti. 22 may 2019. 22 March 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 fevral 2024.

Mənbə redaktə


Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024