Mehdi bəy Hacınski Haqqinda Melumat - Vikipedia

Mehdi bəy Hacınski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mehdi bəy Hacınski

görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü daxili işlər nazirinin müavini

Hacınski Mehdi bəy Süleyman bəy oğlu (24 may 1879, Qubaiyun 1941, Bakı) — görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü daxili işlər nazirinin müavini.

Mehdi bəy Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1879(1879-05-24)
Doğum yeri
Vəfat tarixi iyun 1941 (62 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti aktyor, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mehdi bəy Süleyman bəy oğlu Hacınski 1879-cu il may ayının 24-də Qubada əsilli ailədə anadan olmuşdu[1]. Bakıdakı realnı məktəb və Şərq dilləri kurslarını bitirən M. Hacınski 1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində yaxından iştirak etmişdi. O, 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilmişdi.[2] 1906-cı ildən "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik etmiş, 1914-cü ildən "Səfa" cəmiyyəti teatr bölməsinin sədr müavini olmuşdur. Dövri mətbuatda Azərb. teatrına, aktyor sənətinə aid məqalə, oçerk, hekayə və felyetonlar dərc etdirmiş, 1906-cı ildən aktyor kimi də fəaliyyət göstərmişdir. "Nicat" cəmiyyəti adından Ü. Hacıbəyova "Leyli və Məcnun" operasına görə mükafatı o təqdim etmişdir. Ü. Hacıbəyovun yaradıcılığına daim diqqətlə yanaşırdı.

Fəaliyyəti redaktə

1917-ci ildən Müsavat Partiyasının, Zaqafqaziya Seyminin, "Müsəlman fraksiyası"nın üzvü olub. Milli Şuranın Azərbaycan İstiqlal Bəyannaməsini qəbul etmiş 26 üzvündən biridir. Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"a əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentin Rəyasət Heyətinin tərkibi, Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdı. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi olmuşdu.[3]

İstinadlar redaktə

  1. Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 91. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
  2. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
  3. İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. Bakı: Mütərcim, 2009, səh.85.

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023