Mehri rayonu Haqqinda Melumat - Vikipedia

Mehri rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Meğri rayonu

(Mehri rayonu səhifəsindən istiqamətləndirilmişdir)

Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir.

Rayon
Meğri rayonu
İnzibati mərkəz Meğri
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 14 341[1] (1989) nəfər
Meğri rayonu xəritədə

Tarixi redaktə

Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir.[2][3] Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır.

Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir. Mehri mahalı Çar Rusiyası dövründə Yelizavetpol quberniyasına daxil olub.

Meğri adının ermənicə izahının (meğ - ermənicə bal deməkdir. Meğri bal çox olan yer kimi yozulur) heç bir əsası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə bağlanılır. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər fikrə görə isə Meğri adı "meğ", "mağ", "muğ" anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir.

Meğri rayonu Şərqdən Zəngilan rayonu, Qərbdən Ordubad rayonu, Şimaldan Qafan rayonu, Cənubdan isə Güney Azərbaycanla həmsərhəddir. Meğrı rayonu ərazisindən Meğrı çayı axıb Araza tökülür. Qaladaş dağı (h. 2163 m), Cahnovar dağı (h. 3024 m) da rayonun ərazisinə düşür. I Şah Abbasın ölkədə tikdirdiyi 999 karvansaradan biri də Meğri rayonu ərazisinə düşür ki, indi ermənilər bu qədim abidədən restoran kimi istifadə edirlər.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur və s. Rayonun Nüvədi kəndi 1991-ci ildə boşaldılıb.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. http://adalet-az.com/new/2008/09/06/read=25225[ölü keçid]
  3. http://forum.ordubadli.az/showthread.php?t=15&page=26[ölü keçid]

Ədəbiyyat redaktə

  • İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponomləri.Bakı, Elm nəşriyyatı, 2002-ci il, 696 səh.

Xarici keçidlər redaktə


Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023