Melitopol Şəhər Diyarşünaslıq Muzeyi Haqqinda Melumat - Vikipedia

Melitopol Şəhər Diyarşünaslıq Muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Melitopol Şəhər Diyarşünaslıq Muzeyi

Melitopol Şəhər Diyarşünaslıq Muzeyi (ukr. Мелітопольський міський краєзнавчий музей) — Ukraynanın Melitopol şəhərində yerləşən muzey. 2010-cu ildən 2022-ci ilin işğalına qədər muzeyin direktoru Leyla İbrahimova idi.[1]

Melitopol Şəhər Diyarşünaslıq Muzeyi
Xəritə
Əsası qoyulub 1900
Mövzu sosial tarix, incəsənət, arxeologiya, təbiət elmləri, numizmatika
Ölkə
Yerləşir Melitopol, Ğruşevski küçəsi
Kolleksiyası 60000
Direktor Leyla İbrahimova
46°50′43″ şm. e. 35°22′53″ ş. u.
melitopol-museum.zp.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Muzeyin açılışı 1921-ci ilin mayın 1-də baş vermişdi. Onun ilk direktoru pedaqoq D. Serdyukov idi. 1934-cü ildə muzeyə oblast səviyyəli qurum statusu verilmişdi.[2] 1928-ci ildə muzey üç balaca otaq və bir dəhliz əhatə edirdi. Həmin üç otaqda tarix, təbiət, etnoqrafiya və arxeologiya şöbələri yerləşirdi. Muzeyin o zaman böyük sayda eksponat var idi, lakin muzey direktoru İ.P. Kurılo-Krımçak onların üçün yerin çatışmazlığını və onların sistemsiz təşkilatlanmasını tənqid edirdi.[3]

Erkən 1930-cu illərində Kurılo-Krımçaq Şimali Azovyanıda konservasiya işi aparmağa başlayıb, ordaki təbii qoruqları kənd təsərüfatı üçün zəbtindən müdafiə edirdi. Fəqət, 1935-ci ildə o, muzeydən qovulub və həbs edilmişdir. İkinci Dünya Müharibə zamanı alman işğalçıları onu Melitopolun meri vəzifəsinə təyyin ediblər və o, yenə də muzeydə direktor kimi işləməyə davam edib.

1967-ci ildə muzey Marks küçəsində (indiki Ğruşevski küçəsində) yerləşən Çernikovun villasına köçürülüb.[4]

2022-ci ilin martın 10-da, Rusiya Melitopol şəhərini işğal edəndən sonra, Rusiya Silahlı Qüvvələri muzeyin direktoru olan Leyla İbrahimovanı öz evindən naməlum yerə alaraq, həbs ediblər.[5] Verilən məlumata görə, Rusiya qoşunları arxeoloqların 1950-ci illərdə aşkar etdikləri Skif qızılını oğurlayıblar. İbrahimova xəbər verib ki, ümumilikdə, Rusiya qoşunları tərəfindən 198 qızıl eksponat, o cümlədən nadir qədim silahlar, gümüş sikkələr və xüsusi medallar oğurlanmışdı.[6][7][8]

Binası redaktə

İkinci gildiyanın taciri İvan Çernikovun üç mərtəbəli imarəti 1913-cü ildə inşa olunmuşdu. Binanın daxili suvaq ilə bəzədilmişdir.[9] İvan Yeqoroviç Çernikov iki dəfə (1891-1895 və 1901-1905) Melitopol Şəhər Dumasının sədri seçilmişdir. Çernikov qardaşlarının ticarət evi Melitopolda manufaktura təchizadı ilə məşqul idi. İmarətinin birinci mərtəbində yerləşən mağazada Zinger tikiş maşınları satılırdı. İkinci və üçüncü mərtəbə isə yaşayış üçün istifadə olunurdu.[10]

1917-ci ildə Çernikovlar Fransaya mühacirət edib. 1920-ci ildə iyundan oktyabra qədər imarətdə Pyotr Vrangel qərargahı yerləşirdi. 1920-ci və 1930-cu illərində burda işçilər klubları yerləşirdi. İkinci Dünya Müharibəsi ərzində isə burda alman komendaturası, Melitopolun azad olunmasından sonra isə Kommunist Partiyasının və Komsomolun şəhər komitələri yerləşirdi. Uzun vaxt ərzində binanın birinci mərtəbəsində əmanət bankı yerləşirdi.

1967-ci ildə şəhər rəsmiləri binanı Şəhər Diyarşünaslıq Muzeyinə bağışlayıb. 2010-cu illərində binada yenidənqurma işləri keçirilib.[11]

Qalereya redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  2. "Arxivlənmiş surət". 2023-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  3. Kuril-Krymchak Museum of  Local Lore of Melitopol region (Ukr.) //  Local lore  : scientific journal. - Kharkiv: Ukrainian Committee of Local Lore, 1928. - № 7-10. - P. 74.
  4. "Образование, медицина, культура, спорт". 2013-09-30. 30 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  5. "In occupied Melitopol, invaders kidnapped a deputy of regional council". Rubryka. 2022-03-10. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  6. "Russian invaders steal Scythian gold from Melitopol museum, Prosecutor General's Office of Ukraine says". english.nv.ua (ingilis). 2022-05-11. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.
  7. Gettleman, Jeffrey; Chubko, Oleksandr. "Ukraine says Russia looted ancient gold artifacts from a museum". The New York Times (ingilis). 2022-04-30. ISSN 0362-4331. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.
  8. "Ukraine says Russian forces looted Melitopol museum of Scythian gold". UPI (ingilis). 2022-04-30. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23.
  9. Chukhraenko AA Stucco decorations of the building of the Museum of Local Lore // Melitopol Journal of Local Lore, 2018, №13, pp. 75-80 (in Russian).
  10. "Мелитопольский городской краеведческий музей - MGK Мелитополь". www.mgk.zp.ua. 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  11. "Arxivlənmiş surət". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.

Saytda 106 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024