Melvin Belli Haqqinda Melumat - Vikipedia

Melvin Belli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Melvin Muron Belli (29 iyul 1907[1], Sonora[d], Kaliforniya9 iyul 1996[1], San-Fransisko, Kaliforniya) — məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır

Melvin Belli
Doğum tarixi 29 iyul 1907(1907-07-29)[1]
Doğum yeri
Vəfat tarixi 9 iyul 1996(1996-07-09)[1] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Fəaliyyəti aktyor, vəkil, televiziya aktyoru

Həyatı redaktə

Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub.

Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik".

Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.

İstinadlar redaktə

  1. 1 2 3 4 Melvin Belli // Encyclopædia Britannica (ing.).

Xarici keçidlər redaktə


Saytda 111 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024