Mengi Oorjak Haqqinda Melumat - Vikipedia

Mengi Oorjak Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mengi Oorjak və ya Meñgi Nagaan-ool Oorjak (8 yanvar 1975, Tıva) — Baytayqa bölgəsində yerləşən Baytalda anadan olmuşdur. Tuvalı şair, mənzum əsərlər ustasıdır. Tıva Respublikasının Turan şəhərinin 2 saylı məktəbində Tıva dili və ədəbiyyatı müəllimidir. O, eyni zamanda Tuva Respublikası və Rusiya Federasiyasının Yazıçılar Birliyinin üzvüdür.[2]

Mengi Oorjak
Меңги Нагаан-оол Ооржак
Doğum tarixi (49 yaş)
Doğum yeri Tıva Respublikası[1]
Fəaliyyəti yazıçı, şair

Həyatı redaktə

Mengi Oorjak 8 yanvar 1975-ci ildə Baytayqa kojunda Baytal beldesində anadan olmuşdur. 1999-cu ildə Tuva Dövlət Univesitetindən məzun olmuşdur. 1992-1993-cü illərdə "Sоdeystviye-Detkimçe" adlı qəzetin müxbiri, 1993-1996-cı illərdə "Tuva Respublikası" adlı qəzetin müxbirliyini, 1999-2000-ci illərdə Biy-Hem bölgəsinin Uyuk beldesinin orta təhsil müəssisələrinə Tuva dili və ədəbiyyatı müəllimliyinə təyin edilmişdir. İndi isə 2000-ci ildən bəri Turanın 2 saylı məktəbində Tuva dili və ədəbiyyatı müəllimi olaraq işləyir.[3]

Yazıçılığa 1990-cı illərin sonlarından başlamışdır. 1999-cu ildə özünün şerlər kitabı olan "Çöpşül den" adında kitabı yayımlanmışdır. Onun yazdığı şerləri, məqalələri, ədəbi əsərləri ölkənin bir çox ölkənin qəzetində nəşr edilmişdir. 2008-ci ildə "Mengi" adlı kitabı nəşr edilmişdir. Biyhem kojununda 2005-ci ildə "Erester" adlı təhsil qəzetinin əsasını qoymuş və redaktorluğunu etmişdir.[4]

Əsərləri redaktə

  • Çöpşül den (1999)

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Tıvada doğulan yazıçılar". centerasia.ru. 26 iyun 2020 tarixində arxivləşdirilib.
  2. "Rusiya Yazıçılar Birliyinin üzvləri". mengi.ru. 23 fevral 2015 tarixində arxivləşdirilib.
  3. "Mengi Oorjak". 7 dekabr 2013 tarixində arxivləşdirilib.
  4. "Erester qəzeti" (PDF). 24 fevral 2015 tarixində arxivləşdirilib (PDF).

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024