Messina zəlzələsi (1908) Haqqinda Melumat - Vikipedia

Messina zəlzələsi (1908) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Messina zəlzələsi (1908)

Messina zəlzələsi — 1908-ci ildə Messina şəhərində baş vermiş zəlzələ[1].

Messina zəlzələsi
Tarix
Maqnituda 7,5 bal
Episentrin yeri
Xəritədə yeri
Messina zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1908-ci ilin 28 dekabrında SiciliyaAppenin yarımadasının arasında yerləşən Messina boğazında 7,5 bal gücündə zəlzələ baş verdi. Bir dəqiqə ərzində 3 güclü təkan qeydə alındı və ikinci təkandan sonra binalar dağılmağa başladı. Zəlzələ nəticəsində Siciliya və Kalbriyanın sahilboyu ərazilərində yerləşən 20-dən çox yaşayış məntəqəsi zərər çəkdi. Təkrar təkanlar 1909-cu ilin yanvar ayında da baş verdi.

1908-ci il zəlzələsi nəticəsində həlak olmuş insanların ümumi sayı barədə müxtəlif məlumatlar var. Belə ki, bəzi mənbələrdə 200 min insanın həlak olduğu bildirilir. Zəlzələ nəticəsində MessinaReco-Kalabriya şəhərləri tam dağıldı. Bu zəlzələ Avropa tarixində ən dəhşətli zəlzələlərdən hesab edilir.

İstinadlar redaktə

  1. "1908-ci il Messina zəlzələsi — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı". 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024