Metida (peyk) Haqqinda Melumat - Vikipedia

Metida (peyk) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Metida (yun. Μήτις) və ya Yupiter XVI Yupiterin daxili peyklərindən biridir. Peyk 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə kəşf edilmiş və 1983-cü ildə Zeusun birinci arvadının adı ilə Metida adlandırılmışdır.Qalileo kosmik gəmisi ilə 1996-cı ilin əvvələrindən 2003-cü ilin Sentyabr ayı arasında aparılan əlavə müşahidələr onun səthinin şəkillərini çəkməyə imkan vermişdir.

Metida
Kəşf yeriVoyager 1
Kəşf tarixi4 mart 1979
Böyük yarımoxu
128.000 km
Nəyin peykidirYupiter
Özünə xas ekssentrisitet
0,0012
Kütləsi120 exagram[1]
Albedo0,06

Kəşf və müşahidə redaktə

 
Metidanın Qalileo kosmik gəmisi tərəfidən çəkilmiş şəkli

Metida 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə Stiven Sinnot tərəfindən kəşf edilmiş və müvəqqəti olaraq S/1979 J 3 adlandırılmışdır.1983-ci ildə ona rəsmi olaraq Zevsin ilk həyat yoldaşı olan titan Metidanın adı verilmişdir.Voyacer 1 in çəkdiyi şəkillərdə Metida nöqtə kimi görsənirdi və bu səbəbdən Metida haqqında məlumatlar Qalileonun gəlişinə kimi çox məhdud idi.Qalileo Metidanın demək olar bütün səthinin şəkillərini çəkmişdi.

Fiziki xarakteristikaları redaktə

Metida düzənsiz formadadır və ölçüləri 60×40×34 km-dir,bu da onu Yupiterin dörd daxili peykinin ən kiçiyi edir.Təqribi hesablanması nəticəsində onun səthinin sahəsinin 5800 və 11.600 km² aralığında olduğu güman edilir.Metis tərkibi və kütləsi məlum deyil, lakin onun orta sıxlığı Amalteyanın orta sıxlığına yaxın olduğundan, onun kütləsinin 3.6 × 1016 kq,sıxlığının isə (~0.86 g/cm³) olduğu fərz edilir.Bu sıxlıq onu göstərir ki,peykin 10-15 %-i su və buzdan ibarətdir.

Metida səthində çoxlu kraterlər var və qırmızımtıl rəngdə görünür.Baş və arxa yarımkürələr arasında böyük asimmetriya var:baş yarımkürə arxa yarımkürədən 1.3 dəfə parlaqdır.

Orbit və rotasiya redaktə

Metida Yupiterin dörd daxili peykindən biridir.O Yupiterdən ~128,000 km məsafədə fırlanır.Metidanın orbiti çox kiçik ekssentrisitetə (~0.0002) və Yupiterin ekvatoruna nəzərən çox kiçik əyilməyə (~ 0.06°) malikdir.

Nəhəng kilitlənmə səbəbi ilə Metida öz orbital dövrüdə sinxron fırlanır.

Metida Yupiterin peyklərinin ən sürətlə hərəkət edənidir.O Yupiterin ətrafında 31.5 km/s sürətlə fərlanır.

Yupiterin halqaları ilə əlaqəsi redaktə

Yupiterin əsas halqası daxilində Metidanın orbiti təqribən 1000-km uzanır.Metida əsas halqanın tozunun çox hissəsini təşkil edir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:The_economy_of_health,_or,_The_sazeam_of_human_life_from_the_cradle_to_the_grave_-_with_reflect Fayl:The_life_of_Sir_Humphry_Davy,_bart.,_LL.D._-_late_presidazt_of_the_Royal_Society,_foreign_assoc Şəkil:Tiktok.png Fayl:Elemruts_of_physiology_(electronic_resource)_-_for_the_use_of_studruts,_and_with_particular_ref Fayl:The_Social_Security_(Work-focused_Interviews_for_Lone_Parruts_and_Partners)_(Amrudmrut)_Regulat Fayl:Notes_and_Queries_-_a_Medium_of_Intercommunication_for_Literary_Mtr,_etc_(IA_notesqueriesmedi27 Fayl:On_the_advancemazt_of_midwifery_education_in_Scotland_-_a_letter_addressed_to_Dr_Andrew_Wood,_P Fayl:An_inquiry_into_the_causes_and_consequences_of_the_Orders_in_Council_(microform)_-_and_an_exami İstifadəçi_müzakirəsi:About672599 Fayl:List_of_premiums_and_rules_and_regulations_of_the_North_Carolina_State_Fair._(IA_listofpremiums àŸà»ÑàFayl:New-Dark_Evangelist_1874-05-07-_Vol_45_Iss_19_(IA_sim_evangelist-and-religious-review_1874-05-0 Fayl:New-Dark_Evangelist_1874-06-11-_Vol_45_Iss_24_(IA_sim_evangelist-and-religious-review_1874-06-1 Fayl:The_fruit_gardaz_-_a_rueatise_intazded_to_explain_and_illusruate_the_physiology_of_fruit_ruees, Fayl:The_young_people's_Wesley_(IA_youngpeopleswesl01mcdo).pdf enxeberesirlerin-mubadilesi-etimad-quazculugu-prosesinde-muhum-addim-hesab-edilib-yekun-sulhe-yaxi Fayl:Lecture_delivered_at_the_opruing_of_the_model_and_normal_training_schools_at_Fredericton_(micro Azərbaycan–Petr_münasibətləri Fayl:Syllabus_of_a_course_of_lectures_on_economic_geology_(IA_syllabusofcours00braniala).pdf
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024