Meydan TV Haqqinda Melumat - Vikipedia

Meydan TV Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Meydan TV 10 mart 2013- cü ildə Emin Milli, Həbib MüntəzirCamal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı.[1][2] Kanal ilk dəfə 15 may 2013- cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

Meydan TV
Loqonun şəkli
Meydan TV- nin loqosu
Ölkə Almaniya Almaniya
Dil Azərbaycan dili
Baş qərargah Berlin, Almaniya
Yaranma tarixi 15 may 2013
Rəhbərlik Emin Milli (2013-2019)
Şüar Azad və alternativ media kanalı
Sayt meydan.tv

2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

İstinadlar redaktə

  1. "AZERBAIJAN: MEYDAN TV DIRECTOR EMIN MILLI THREATENED FOR CRITICAL REPORTING ON EUROPEAN GAMES". pen.org. pen.org. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  2. "Meydan TV-nin vəzifəli şəxsləri barədə "cinayət işi başlanıb"". www.bbc.com. BBC. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.

Xarici keçidlər redaktə


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024