Mikail İbadov Haqqinda Melumat - Vikipedia

Mikail İbadov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mikail Qubad oğlu İbadov (16 avqust 1963, Cəngəmiran, Lerik rayonu2 oktyabr 1992, Xocavənd rayonu)- Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur.

Mikail İbadov
Mikail Qubad oğlu İbadov
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1963(1963-08-16)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1992(1992-10-02) (29 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Atası Qubad
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet ordusu
Qoşun növü Azərbaycan ordusu
Xidmət illəri 1992
Rütbəsi Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi

Həyatı redaktə

İbadov Mikail Qubad oğlu –1963-cü il avqust ayının 16-da Lerik rayonun Cəngəmiran kəndində anadan olub.

Təhsili redaktə

1970-ci ildə Cəngəmiran kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1980-ci ildə həmin məktəbi bitirib.

Hərbi xidməti redaktə

1981-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb, 1983-cü ildə ordudan tərxis olunub. Hərbi xidmətini Rusiyanın Xarkov şəhərində daxili qoşunlarda (VV) kəskin nişançı (snayper) kimi keçib. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdır. Sonra işləmək üçün Bakı şəhərinə gedərək 3 nömrəli evtikmə kombinatında işə düzəlir və burada işləyir. 1992-ci ilin iyul ayında Suraxanı rayon Hərbi Komissarlığına könüllü olaraq müraciət edir və 27 iyul 1992-ci il tarixində Qarabağ cəbhəsinə göndərilir. Qarabağın bir çox bölgələrində döyüşlərdə kəskin nişançı kimi döyüşür və şücaətlər göstərir.1992-ci il oktyabrın 2-də Martuni (indiki Xocavənd) rayonunun Muğanlı, Əmralılar və Kurapatkino kəndləri uğrunda gedən döyüşlərdə mühasirəyə düşür, lakin təslim olmayaraq döyüş sürsatı bitənədək döyüşür və sonda qəhrəmancasına şəhid olur. Ərazi mühasirədə olduğundan digər döyüşçü yoldaşları kimi İbadov Mikail Qubad oğlunun da cəsədini götürmək mümkün olmur.

İstinadlar redaktə

  1. http://anl.az/el/Kitab/2016/Azf-291345.pdf/
  2. https://www.facebook.com/Lerik.Official/photos/a.132168056970775/608457249341851/?type=3/

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024