Mikayıl Rəhimov (zootexnik) Haqqinda Melumat - Vikipedia

Mikayıl Rəhimov (zootexnik) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mikayıl Rəhimov (zootexnik)

Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR31 oktyabr 2004) – zootexnik, kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985).[1][2]

Mikayıl Rəhimov
Doğum tarixi 26 sentyabr 1930(1930-09-26)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 2004(2004-10-31) (74 yaşında)
Elm sahəsi zootexnika
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
  • Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası[d]
Mükafatları SSRİ Dövlət mükafatı SSRİ Nazirlər Sovetinin mükafatı

Həyatı redaktə

Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib. Ali təhsilini 1953-1958-ci illərdə Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsində alıb.[2]

Əmək fəaliyyəti redaktə

Mikayıl Rəhimov 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və Zootexnika fakültəsində dekan vəzifəsini icra edib. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik-maldarlıq şöbəsində müdir vəzifəsində çalışıb. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunub.[2]

Akademik fəaliyyəti redaktə

Mikayıl Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış və "Seksun malının südlük və ətlik keyfiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasını 1985-ci ildə müdafiə edən Mikayıl Rəhimov 1986-cı ildə professor elmi adını qazanıb. 1991-ci ildə isə Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[2]

Alimin elmi rəhbərliyi ilə bir nəfər doktorluq, on dörd nəfər isə namizədlik dissertasiyası müdafiə edib. Heyvandarlıq məhsulları istehsalının texnologiyasının hazırlanmasına və tətbiqinə dair tədqiqatların, 3 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.[1] O, Azərbaycana gəti­rilən və yetişdi­rilən damazlıq südlük, südlük-ətlik və ətlik cinslərinin hamısının məhsul­darlıq göstəricilərinin xarakterizə edib, sanballı elmi-kütləvi vəsait hazırlayıb. Mikayıl Rəhimov Hollandiyalı mütəxəssislərə Azərbaycanda heyvan­dar fermerlər üçün süni mayalandırma texniklərinin hazırlanması işində kömək göstərib, onların sahə mütəxəssisi kimi formalaşmasında xidmətləri olub.[2]

Mükafatları redaktə

Mikayıl Rəhimov Sibirdə iribuynuzlu qaramal fermalarının yeni­dən qurulması əsasında, heyvandarlıq məhsulları istehsalının səmərəli texnologiyasının hazırlanması və tətbiqinə görə bir qrup müəlliflərlə birlikdə 1985-ci ildə dövlət mükafatı alıb.[2]

İstinadlar redaktə

  1. 1,0 1,1 Mikayıl Rəhimov Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine // Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — NaxçıvanAMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 231. — ISBN 5-8066-1468-9.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 "Rəhimov Mikayıl İsmayıl oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023