Mikki Maus (personaj) Haqqinda Melumat - Vikipedia

Mikki Maus (personaj) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mikki Maus

cizgi filmi personajıdır
(Mikki Maus (personaj) səhifəsindən istiqamətləndirilmişdir)

Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir.

  Mikki Maus  
ing. Mickey Mouse
Mikki Maus
Mikki Maus
Ümumi məlumat
Yaradıcı(lar) Ab Ayverks və Volt Disney
İlk görünüş "Dəlisov təyyarə"
Səsləndirən Uell Ollveyn
Xüsusiyyətləti
Cinsi kişi
Göz rəngi qara
Dəri rəngi qara
Görünüş Siçan
Vətəndaşlıq ABŞ ABŞ
Dünya Yaxşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix redaktə

Osvald əvəzinə redaktə

1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır. Bu müddətdə isə Ab Ayverks və Les Klark gizi olaraq yeni personaj olan Mikki Maus personajı üzərində işləməyə başlayır.

Yeni personaj redaktə

Ab Ayverks əvvəlcə Volt Disneyə qurbağa, pişik və it personajını təklif edir. Lakin Volt bu personjları qəbul etmir. Amma siçan personajı təklif olunan zaman Disney onu qəbul edir. Makkl Berrierin sözlərinə görə, Volt Disneyin bu personajı qəbul etməsini personajın cazibədarlılığı ilə əlaqələndirirdi. Voltun bu personajı seçməsinin əsas səbəb isə Voltun əvvəllər işlədiyi Kanzas-Sitidə yerləşən «Laugh-O-Gram» studiyasında olan çoxlu siçanların olması idi. Volt yadına həmin siçanlar düşdükdən sonra bu personajı qəbul edir və Mikki Maus personajı böyük uğur qazanır.

Xarici keçidlər redaktə


Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024