Mil Mi-17 Haqqinda Melumat - Vikipedia

Mil Mi-17 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın KazanUlan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur.

Mil Mi-17
Əfqanıstan HHQ-nə məxsus Mi-17 helikopterləri
Əfqanıstan HHQ-nə məxsus Mi-17 helikopterləri
Tipi Hərbi-nəqliyyat helikopteri
İstehsalçı Rusiya Kazan Vertolyot Zavodu
Baş konstruktor Mil Moskva Helikopter Zavodu
Dizayner Rusiya Mil Moskva Helikopter Zavodu
İlk uçuş 1975-ci il
İstismara verilmə tarixi Mi-8MT (1977)
Mi-17 (1981)
Status Aktiv istifadə olunur
İstismarçılar

Rusiya HHQ
Azərbaycan Hərbi Hava Qüvvələri

digər istismarçılar = 60 başqa ölkə
İstehsal ili 1977 - davam edir
Buraxılış sayı Təqribən 12,000 ədəd[1]
Hazırlanma dəyəri 4.900.000.000$
Vahidinin qiyməti 7.000.000$
Baza modeli Mil Mi-8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əməliyyatlarda istifadə olunması redaktə

Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur.

Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur.

Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur.

Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.

SlovakiyaXorvatiya hərbi hava qüvvələri tərəfindən Kosovoda KFOR-un tərkib hissəsi kimi istifadə olunmuşdur.

2011-ci il Liviya vətəndaş müharibəsində həm Muəmmər Qəddafi tərəfdarları, həm də inqilabçı qüvvələr tərəfindən istifadə olunmuşdur.

Əfqan HHQ tərəfidən istifadə olunmuşdur. 2010-cu ilin iyun ayında amerikan və əfqanlardan ibarət qarışıq heyətə malik 2 ədəd Mi-17, 13 saat əməliyyatlarda iştirak etmiş, bu vaxt ərzində 2,080 nəfərin daşqın zonasından çıxarılmasında istifadə olunub.

Son təkliflər redaktə

28 oktyabr 2008-ci ildə Tailand HHQ 6 ədəd Mil Mi-17 helikopteri alacağını elan etdi. Tailand ordusunda ABŞ istehsalı helikopterlərin olmasına baxmayaraq, bu ordu inventarında ilk Rusiya istehsalı helikopter olmalı idi. Bu helikopterlərin alınmasında əsas məqsəd isə çox sadə idi, bunu məsul şəxslər mətbuata açıqlanmasında bu cür izah etmişdilər: "Biz 1 ədəd Black Hawk (az. Qara Qırğı) helikopterinin qiymətinə 3 ədəd Mi-17 helikopteri ala bilərik. Həmçinin, Black Hawk helikopteri 13 nəfər şəxsi heyət daşıya bildiyi halda, Mi-17 helikopterləri bundan 30 nəfər daha çox şəxsi heyət daşıya bilir. Bunlar bu qərarın arxasında duran əsas faktorlar idi."

15 dekabr 2008-ci ildə Hindistan 1.375 milyard dollar müqabilində 80 ədəd bu helikopterdən sifariş vermişdir. Bu helikopterlərin 2011–2014 arasında Hindistan HHQ inventarında olan Mi-8 helikopterlərini əvəz etmişdir. 2010-cu ilin avqustunda daha 59 ədəd helikopter sifariş edilmişdir. İlk Mi-17 Hindistan ordusunda xidmətə 2012-ci ilin fevralında başlamışdır. 2014-cü ilin dekabrında Hindistanla Rusiya arasında Mil Mi-17 və Ka-226 helikopterlərinin Hindistan ərazisində istehsal edilməsi barədə müqavilə imzalanmışdır. Sifariş olunan bütün 151 ədəd helikopterin təhvil verilməsi prosesi 2016-cı ilin fevralında başa çatmışdır.

11 iyun 2009-cu ildə ABŞ 5 ədəd Mi-17 helikopterini terrorizmə qarşı mübarizə məqsədilə Pakistana təhvil vermişdir.

10 iyul 2009-cu ildə Çili HHQ ABŞ-nin təzyiqinə baxmayaraq 5 ədəd helikopterin satın alınması məqsədilə Rusiya ilə danışıqlar aparmışdır. 2013-cü ilin yanvarında bu müqavilə ləğv olunmuşdur.

19 iyun 2010-cu il məlumatlarına əsasən, ABŞ hökuməti Əfqan ordusuna təhvil vermək məqsədilə Rusiyadan 31-dən çox helikopter almışdır.

2010-cu ilin avqustunda Argentina Antarktidakı bazasını təchiz etmək məqsədilə 5 ədəd helikopterin alınması ilə bağlı müqavilə imzalamışdır.

2010-cu ilin sentyabrında Polşa Müdafiə Nazirliyi Əfqanıstandakı əməliyyatlar üçün Rusiyadan 5 ədəd helikopterin alınması ilə bağlı müqavilə imzalamışdır.

Çin 2009 və 2012-ci ildə Rusiya ilə 84 ədəd helikopterin alınması ilə bağlı 2 müqavilə imzalamışdır.

Belarus 2016–2017-ci illərdə Rusiyadan 12 ədəd helikopterin alınması ilə bağlı müqavilə imzalamışdır.

İnsident və qəzalar redaktə

  • 12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.
  • 31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-171 qəzaya uğrayıb.
  • 19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.
  • 11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.
  • 27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb 5 nəfər ölüb.
  • 27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.
  • 30 noyabr 2021-ci ildə Azərbaycan ordusuna məxsus Mi-17 ölkənin Xızı rayonunda qəzaya uğrayıb, 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Taktiki-texniki xüsusiyyətləri redaktə

Ümumi parametrləri redaktə

  • Ekipaj: 3 nəfər (2 pilot və 1 mühəndis)
  • Tutumu: 24 nəfər və ya 12 xərək, 4,000 kq yük
  • Uzunluğu: 18.465 m
  • Rotor diametri: 21.25 m
  • Hündürlüyü: 4.76 m
  • Boş çəki: 7,489 kq
  • Yüklü çəki: 11,100 kq
  • Maksimal qalxma çəkisi: 13,000 kq
  • Güc təminatçısı: 2 ədəd Klimov VK-2500PS-03 mühərriki

Uçuş keyfiyyətləri redaktə

  • Maksimum sürət: 280 km/s
  • Maksimal uçuş məsafəsi: 800 km
  • Uçuş tavanı: 6,000 m
  • Yüksəkliyə qalxma sürəti: 8 m/s

Silahlanma redaktə

  • 1,500 kq-dan çox silah, raket və ya aviabomba daşıya bilər.[2]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Russia denies supplying arms to Iraq −1 Arxivləşdirilib 2007-11-12 at the Wayback Machine RIA Novosti
  2. "Features: Mi-171A2". russianhelicopters.aero. 2016-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2017.

Xarici keçidlər redaktə


Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024