Mil Mi-8 Haqqinda Melumat - Vikipedia

Mil Mi-8 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mil Mi-8 (rus. Ми-8, NATO kod adı: Hip) Sovet İttifaqı tərəfindən dizayn olunmuş, hazırda Rusiya tərəfindən istehsalı davam etdirilən çoxməqsədli helikopterdir. Əsasən nəqliyyat helikopteri kimi istifadə olunmasına baxmayaraq, desantlaşma, kəşfiyyat və zirehli döyüş helikopteri kimi də istismar oluna bilir. Mi-8 helikopteri hazırda dünyada ən çox istehsal olunmuş helikopter hesab olunur.[4] 2015-ci ildə qeydə alınmış hesablamalara əsasən hərbi əməliyyatlar tarixində ən çox istifadə olunan üçüncü helikopterdir.[5] 92 ölkədə 5 mindən çox Mi-8/17 helikopteri qeydiyyata alınıb. Bu baxımdan, Mi-8 helikopterləri tarixin ən kütləvi istehsal edilən helikopterlərindən biri sayılır. 1991-ci ildən etibarən xarici müştərilər 1500-dən çox helikopter ilə təmin olunub.

Mil Mi-8
Tipi vertolyot
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı Mil Moskva Helikopter Zavodu, Kazan Vertolyot Zavodu, Ulan-Ude Aviasiya Zavodu
Baş konstruktor Mixail Mil
İlk uçuş 7 iyul 1961
İstismara verilmə tarixi 1965
İstismarçılar
Buraxılış sayı 12.000[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalq arasında Mi-8 “Kolya” ya da “Mikolka” ləqəbi alıb. İlk uçuşu 1961-ci il iyunun 24-də icra edilib. 1965-ci ildən istismar edilir, 12 mindən çox sayda istehsal olunub.

Bu helikopter hər biri 2000 at gücündə olan iki mühərrik ilə təchiz edilib. 270 km/saat sürətlə uça bilir. Mi-8 ailəsinin ilk nümayəndələri Vyetnam müharibəsindən bəri son 40 ilin bütün münaqişələrində özlərini layiqincə təmsil edə biliblər.

Mi-8MT, Mi-17, Mi-171 mülki və hərbi məqsədlər üçün əhəmiyyətli dərəcədə təkmilləşdirilən versiyaları da daxil olmaqla Mi-8-in 130-dan çox versiyası istehsal olunub. Ən məşhur modeli isə Mi-17-1B-dir. Bu helikopterlərin 90% -i ixrac olunur. Bu model müxtəlif avadanlıqlara malik ola bilər. RusiyaMDB ölkələri üçün Mi-171Ş modeli məşhurdur. 2016-cı ildən etibarən Rusiya qoşunları Arktika şəraitində çalışmaq üçün Mi-8AMTŞ-VA modifikasiyalı Mi-8 alırlar.

Beynəlxalq Uçuş Analitik Mərkəzinin hesabatına (Dünyanın hərbi-hava qüvvələrinin inkişaf perspektivlərinə həsr olunmuş) görə, 2015-ci ilin sonunda dünyada Mi-8/17 helikopterlərinin təxminən sayı 2555 ədəddir. Bu isə dünya helikopter parkının 13% -ni təşkil edir.[6]

Taktiki-texniki xüsusiyyətləri (Mi-8T) redaktə

 

Ümumi parametrləri redaktə

  • Ekipaj: 3 nəfər
  • Tutumu: 26 nəfər sərnişin və ya 12 xərək[7]
  • Uzunluğu: 18.17 m
  • Rotor diametri: 21.29 m
  • Hündürlüyü: 5.65 m
  • Boş çəki: 7,260 kq
  • Yüklü çəki: 11,100 kq
  • Maksimal qalxma ağırlığı: 13,000 kq
  • Maksimal yanacaq tutumu: 3,700 litr
  • Güc təminatçısı: 2 × Klimov TV3-117Mt mühərrik (hər biri 1,454 kVt gücündə)

Uçuş keyfiyyətləri redaktə

  • Maksimum sürət: 260 km/s
  • Maksimal uçuş məsafəsi: 610 km
  • Uçuş tavanı: 4,500 m[7]

Silahlanma redaktə

  • 4,000 kq ağırlığında silah texnikası daşıya bilər (57 mm çaplı S-5 raketləri, 2K8 Falanqa TƏİR daxil olmaqla)[7]
 
Mil Mi-8

Qəzalar redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 World Air Forces 2014. 2014.
  2. 2,0 2,1 2,2 2,3 2,4 World Air Forces 2008. 2008.
  3. http://www.aex.ru/news/2014/5/23/120575/.
  4. John Pike. "Mi-8 HIP (MIL)". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  5. "Strength in numbers: The World's Top 10 military aircraft types". www.flightglobal.com. Reed Business Information Limited. 9 yanvar 2015. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2017.
  6. "Arxivlənmiş surət". 2019-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-23.
  7. 7,0 7,1 7,2 "Arxivlənmiş surət". 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-03.
  8. "Ukraynada hərbi helikopter qəzaya uğradı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.

Xarici keçidlər redaktə


Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023