Milax məscidi Haqqinda Melumat - Vikipedia

Milax məscidi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Milax məscidiNaxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax kəndi ərazisində XIX əsrə aid memarlıq abidəsi.

Milax məscidi
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Culfa rayonunun Milax kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Milax məscidi (Azərbaycan)
Milax məscidi

Möhrəvə çiy kərpicdən tikilmiş məscid uçduğundan XX əsrin sonlarında daş və kərpic materialı ilə yenidən inşa olunmuşdur. Planda kvadrat formaya yaxın olan məscidin sahəsi 134 m²-dir. İbadət zalı iki sıra sütunla üç yerə bölünmüşdür. İbadət zalının hündürlüyü 6 metrdir.[1]

Məscidin böyük girişi, eyvanı, cənub tərəfindən, kişilərə məxsus zala açılır. İbadət zalının cənub divarında hündür və ensiz sivri tağ formalı mehrab taxçası yerləşdirilib. Məscidin daxili divarlarından çıxarılmış konsollar üzərində yerləşdirilmiş eyvan (eni 1,4 metr) qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Qadınların ibadət yerinə məscidin cənub tərəfdə inşa olunmuş eyvanından daxil olmaq mümkündür. Məscid salonun cənub, şərq və qərb divarlarında yerləşdirilmiş ensiz pəncərələr (0,8 x 0,8 metr) vasitəsilə işıqlandırılır. Cənub divarında qoyulmuş kvadrat formalı taxça var. Məscidin bərpası zamanı ona diametri 1,2 metr olan minarə əlavə edilmişdir.[2]

İstinadlar redaktə

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.302  (az.)
  2. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.303  (az.)

Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024