Milli Müdafiə Universiteti (Azərbaycan) Haqqinda Melumat - Vikipedia

Milli Müdafiə Universiteti (Azərbaycan) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Milli Müdafiə Universiteti (Azərbaycan)

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan ali hərbi təhsil müəssisəsi

Milli Müdafiə UniversitetiAzərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan ali hərbi təhsil müəssisəsi. Milli Müdafiə Universiteti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına Hərbi LiseyAzərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin vahid təhsil müəssisində birləşdirən qurumdur.[1]

Milli Müdafiə Universiteti
Əsası qoyulub 5 mart 2022
Tip Hərbi Akademiya
Rektor Gündüz Əbdülov
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Bakı şəhəri, S.Vurğun küçəsi, 12

Tarixi redaktə

Milli Müdafiə Universiteti 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə yaradılıb. Universitetin yaradılmasında əsas məqsəd Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsidir.[2]

Qərara əsasən əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində davam etdirəcəklər. Həmçinin Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi də Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərəcəklər.[3]

2022-ci ilin iyun ayında, əvvəllər Silahlı Qüvvələrin Hərbi Akademiyasına rəhbərlik edən professor, general-leytenant Heydər Piriyev, rektor vəzifəsində çalışmaya başlamışdır[4].

Tərkibi redaktə

Rektorları redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ". 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  2. "Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  3. "Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  4. "В Азербайджане назначен ректор Университета национальной обороны" (rus). vesti.az. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.

Mənbə redaktə

Xarici keçidlər redaktə


Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024