Minos Haqqinda Melumat - Vikipedia

Minos Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı [1], Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir.

Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi. Kokalın sənətkarı əldən buraxmaq istəməyən qızları onu dəhşətli əzablarla öldürür. Yunanların belə bir inancı var ki, o sonra Aidin yeraltı səltənətində amansız, qəddar bir hakim olub.

İstinadlar redaktə

  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.152-153, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.399

Həmçinin bax redaktə


Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023