Mirağa Əliyev (dövlət xadimi) Haqqinda Melumat - Vikipedia

Mirağa Əliyev (dövlət xadimi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirağa Əliyev

(Mirağa Əliyev (dövlət xadimi) səhifəsindən istiqamətləndirilmişdir)

Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzasımart 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini (1954–1955), Azərbaycan Kommunist Partiyasının Qubadlı (1948–1951), Duvannı, İmişli, Qasım İsmayılov rayon komitələrinin və Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi.

Mirağa Əliyev
1954 – 1955
NazirHəsən Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi mart 1973
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, pedaqoq
Hərbi xidmət
Döyüşlər
Rütbəsi mayor
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]
Elmi adı

Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı redaktə

Mirağa Əli oğlu Əliyev 1912-ci ildə Zəngəzur qəzasının Çardaqlı kəndində anadan olmuşdur. 1926-cı ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərilmişdir. O, burada komsomol üzvü olmuş və texnikumun ilk komsomol təşkilatının katibi seçilmişdir.[1] 1930-cu ildə təhsilini bitirdikdən sonra QubadlıLaçın rayonlarında müəllim işləmiş, heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının inspektoru olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir.[2]

Böyük Vətən müharibəsiin ilk günlərindən müharibə iştirakçısı olan Mirağa Əliyev bir sıra komandir vəzifələrində çalışmış, minamyot divizionunun komissarı, atıcı polku komandirinin siyasi hissə üzrə müavini olmuşdur. Döyüş xidmətlərinə görə "Qırmızı bayraq" ordeni, iki "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir.[2] Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında mayor rütbəsinədək yükləsən Mirağa Əliyev 1944-cü ilin fevral ayında Dnepr çayından keçərkən ağır yaralanaraq ordudan tərxis edilmişdir.[1]

1945-ci ilin yanvar ayında Mirağa Əliyev Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru təyin edilmiş və 1948-ci ilin fevral ayınadək bu texnikuma başçılıq etmişdir. 1948–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Qubadlı Rayon Komitəsinin birinci katibi işləmişdir.[1] Sonrakı illərdə Azərbaycan KP Duvannı, İmişliQasım İsmayılov rayon komitələrinin birinci katibi, Gəncə Vilayət Komitəsinin ikinci katibi və Kirovabad Şəhər Komitəsinin birinci katibi olmuşdur. 1954-cü ildə o, Azərbaycan KP Mərkəzi Komitəsinin məsul təşkilatçısı, 1954–1955-ci illərdə isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini vəzifələrində çalışmışdır.[2]

Mirağa Əliyev 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan KP Təftiş Komissiyasının üzvü, Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, 3-cü və 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1]

Mirağa Əliyev 1961-ci ilin oktyabr ayından Azərbaycan Pedaqoji İnstitutunda müəllimlik etməyə başlamışdır. Fəlsəfə elmləri namizədi elmi dərəcəsini almış, həyatının sonunadək bu institutun fəlsəfə kafedrasının dosenti olmuşdur.[2]

Mirağa Əliyev 1973-cü ilin mart ayında vəfat etmişdir.[2]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Мираға Әли оғлу Әлијев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 345.
  2. 2,0 2,1 2,2 2,3 2,4 М. Ә. Әлијев // Коммунист. № 59 (15274). 11 март 1973-ҹү ил. С. 4.

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023