Mirmehdi Seyidzadə Haqqinda Melumat - Vikipedia

Mirmehdi Seyidzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirmehdi Seyidzadə

1907 ci ildə doğulub, 1974 cü ildə vəfat etmişdir

Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).

Mirmehdi Seyidzadə
Təxəllüsü Mehdi Seyidzadə
Doğum tarixi 11 noyabr 1907(1907-11-11)
Doğum yeri
Vəfat tarixi 30 avqust 1976(1976-08-30) (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Vətəndaşlığı
Atası Həsən Seyidzadə
Fəaliyyəti şair
Fəaliyyət illəri 1935-ci ildən
Əsərlərinin dili Azərbaycanca
İstiqamət şeir
Janr lirik
Tanınmış əsərləri İlan və Qurbağa
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960

Həyat və fəaliyyəti redaktə

Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə QubadlıŞəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.

Yaradıcıllığı redaktə

Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlamışdır. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazmış, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr etmişdir.

Əsərləri redaktə

  • "Keçəl Səməd" (1929);
  • "Şanlı gün" (1932);
  • "Kiçik təyyarəçilər" (1932);
  • "Neftə doğru" (şeirlər, 1933);
  • "Pinti Həsən" (1936);
  • "Uşaq şeirləri" (1936);
  • "Nərgiz" (1937);
  • "Pilotlar" (1938);
  • "Qızıl quş" (mənzum pyes, 1939);
  • "Kiçik pyeslər" (uşaq pyesi, 1939);
  • "Qara şəhər" (1939);
  • "Ceyran" (mənzum nağıl, 1940);
  • "And" (şeirlər, 1942);
  • "İsgəndər və Çoban" (nağıl, 1942);
  • "Bizim ellər" (şeirlər, 1943);
  • "Maral" (şeirlər, 1945);
  • "Qorxmaz" (pyeslər, 1945);
  • "Mübahisənin səmərəsi" (1946);
  • "Şeirlər" (1948);
  • "Çiçəklənən düzlər" (1950);
  • "Bağçamız" (1953);
  • "Yeni il hədiyyəsi" (1954);
  • "Ürək sözləri" (1959);
  • "Sirli Çeşmə" (1962);
  • "Qəzəllər" (1961);
  • "Seçilmiş əsərləri" (1962);
  • "Ulduzlar səpələnir" (1963);
  • "Şeirlər və poemalar" (1964);
  • "Seçilmiş əsərləri" ( I cild, 1966);
  • "Seçilmiş əsərləri" ( II cild, 1966);
  • "Həyat eşqi" (1968);
  • "Nərgiz" (1970);
  • "Qəzəllər" (1970);
  • "Təmsillər" (1972);
  • "Yadigar" (Mənzum nağıl, 1973);
  • "Qəzəllər" (1975);
  • "Gümüşü qar" (1976);
  • "Xatırlayarsan məni" (1978);
  • "Bahar duyğuları" (1979);
  • "Ağacların şikayəti" (şeirlər, təmsillər, poemalar, 1987)

Tərcümələri redaktə

  • Ömər Xəyyam. Rübailər. (2004).

Mükafatları redaktə

Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilmişdir.

Xatirəsi redaktə

2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunmuşdur.[1]

Haqqında yazılanlar redaktə

  • Əzizov Ə. Gənc nəslin xidmətində // Bakı. 10 aprel 1972, səh. 4.
  • Əliyev M. Xatırla məni: Mehdi Seyidzadənin 70 illiyi münasibətilə // Ədəbiyyat və incəsənət. 12 noyabr 1977, səh. 6.
  • Qasımzadə Q. Uşaqların qocaman tərbiyəçisi: (Mehdi Seyidzadənin yaradıcılığı haqqında) // Ədəbiyyat və incəsənət. 18 mart 1972, səh. 10.
  • Yusifli V. Ağanı unutmaq olarmı? : [Mehdi Seyidzadə haqqında] // Panorama. 22 yanvar 1998, səh. 6.
  • Məmmədov K. "Unudulmaz xatirələr kimlərdən danışır: /Mehdi Seyidzadənin eyni adlı kitabı haqqında/ // Azərbaycan müəllimi. 19 mart 1976, səh. 3.

İstinadlar redaktə

  1. Lider TV. "Görkəmli şair Mirmehdi Seyidzadənin 110 illiyi qeyd olunub" (az.). Youtube.com. 03.11.2017. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023