Mirzə İbrahim ağa Təbrizi Haqqinda Melumat - Vikipedia

Mirzə İbrahim ağa Təbrizi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə İbrahim ağa Təbrizi

Mirzə İbrahim ağa Təbrizi (tam adı: Mirzə İbrahim ağa Hacı Şeyxəli ağa oğlu Təbrizi, fars. میرزا ابراهیم تبریزی‎; Təbriz1908) — Məşrutə hərəkatının üzvü.

Mirzə İbrahim ağa Təbrizi
Mirzə İbrahim ağa Hacı Şeyxəli ağa oğlu Təbrizi
Doğum yeri
Vəfat tarixi 1908
Atası Hacı Şeyxəli ağa
Fəaliyyəti klirik[d], siyasətçi

Həyatı redaktə

Mirzə İbrahim ağa Təbriz şəhərində doğulmuşdu. Atası Hacı Şeyxəli ağa isə əslən Zəncanlıdır.

O, mükəmməl mədrəsə təhsili almışdı. Dini işlərlə məşğul olmuşdu. Təbrizin ziyalı şəxslərdən idi. Məşrutə hərəkatını dəstəkləyən müctəhid və mollaların cərgəsində, mücahidlərə xeyir-dua vermişdi.

Mirzə İbrahim ağa Təbrizi İranda ilk Milli məclis təşkil olunanda Təbrizdən öz namizədliyini vermişdi. Təbriz camaatı da bu hörmətli ruhanini vəkil seçmişdi.

Məclis topa tutularkən dostu və həmkarı Seyid Həsən Tağızadə ilə bərabər silahlı müdafiəçilər arasına qatılmışdı.[1]

Mirzə İbrahim ağa Təbrizi şəhərdəki "Əncüməni-Qeyrət"in başçısı idi.

Mənbə redaktə

İstinadlar redaktə

  1. کسروی، احمد. تاریخ مشروطه جلد دوم ص ۶۱۳

Xarici keçidlər redaktə


Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024