Mirzə Şərif Mirzəyev Haqqinda Melumat - Vikipedia

Mirzə Şərif Mirzəyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Şərif Mirzəyev

Azərbaycan maarifçisi, publisist, jurnalist

Mirzə Şərif Mirzəyev (1860, Tiflis1937, Tbilisi) — Azərbaycan şərqşünası, maarifçi, publisist, jurnalist. Qafqaz Senzura Komitəsində yerli və şərq dilləri üzrə ilk və son azərbaycanlı senzoru (1906–1918).[1]

Mirzə Şərif Mirzəyev
Doğum tarixi
Doğum yeri Tiflis
Vəfat tarixi
Vəfat yeri Tiflis
Təhsili Zaqafqaziya Müəllimlər Seminariyası
Fəaliyyəti bürokrat, senzor, publisist, sinxron tərcüməçi[d]

Haqqında redaktə

Mirzə Şərif Mirzəyev 1860-cı ildə Tiflis şəhərində anadan olub. Mədrəsədə aldığı təhsili bitirdikdən sonra 1882-ci ildə Qori şəhərində yerləşən Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb.[2]

1882-ci ildə Tiflis şiə məktəbində rus dili müəllimi kimi işləməyə başlayıb. 1888-ci ildə Qafqaz Hərbi Dairəsi qərərgahında Şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyətə başlayıb. Uzun müddət burada çalışan M. Ş. Mirzəyev tez-tez İran və Türkiyə ilə aparılan diplomatik danışıqlarda tərcüməçi kimi iştirak edib. Avropaya səyahətə çıxan İran şahlarının, Buxara əmirinin və başqa ölkələrin dövlət xadimlərinin Qafqaz ərazisində müşayiətçisi və tərcüməçisi olub.[2]

Əsəri redaktə

Sovet hakimiyyətinin ilk illərində ağır ittihamlarla üzləşən Mirzə Şərif Mirzəyev rusca "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" adlı əsərini yazıb, lakin əsəri çap edilməyib. Rus dilində yazılan əsər ilk dəfə 2009-cu ildə Elmira Qasımova və Rəna Mayılova tərəfindən kitab halında çap edilmiş,[3][4][5] Azərbaycan dilinə ilk dəfə 2021-ci ildə Orxan İsayev tərəfindən tərcümə edilmişdir.[1][6][7]

Əsərdə tez-tez adları çəkilən Kişmişev, Qaraxanov, Məlik-Mehrabov, Əcəmov kimi ermənilər Qafqazda türkdilli mətbuat qarşısına keçilməz sədd çəkmişdilər. Onlar qəzet yaratmaq istəyən azərbaycanlıları gah "siyasi cəhətdən etibarsız" adlandırır, gah da artıq bir neçə nömrəsi işıq üzü görən qəzetin fəaliyyətində "uyğunsuzluq" "aşkar" edirdilər. Bütün bunlar isə bir məqsədə — Qafqazda türk mətbuatını boğmağa xidmət edirdi.[8]

İstinadlar redaktə

  1. 1 2 "Mirzə Şərif Mirzəyev. Qafqazda türk mətbuatı tarixinə dair materiallar". Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. 2021-09-17. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  2. 1 2 Yurdsevər, Almaz. "Mirzə Şərif Mirzəyevin ömür və fəaliyyət yoluna bir nəzər" (az.). 525-ci qəzet. 2014-07-04. 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  3. "Состоялась презентация книги «Материалы по истории тюркской печати на Кавказе»". AZƏRTAC (rus). 2009-07-24. İstifadə tarixi: 2024-05-02.
  4. "Группа компаний «Аккорд» издала книгу «Материалы по истории тюркской печати на Кавказе»". 1news.az (rus). 2009-07-23. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  5. Рашад. "Об истории тюркской печати на Кавказе". zerkalo.az. 2009-07-23. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  6. ""Qafqazda türk mətbuatı tarixinə dair materiallar" kitabı çap olunub". AZƏRTAC. 2021-09-17. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  7. "Gənc tədqiqatçı Orxan İsayevin Qafqazda türk mətbuatı tarixinə dair tərcümə kitabı nəşr olunub". AMEA. 2021-09-17. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  8. İsayev, Orxan. "Rusiya Azərbaycandakı "nadinc qəzet"i niyə bağlamaq istəyirdi?". kult.az. 2019-10-18. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024