Mirzə Əli bəy Qarabaği Haqqinda Melumat - Vikipedia

Mirzə Əli bəy Qarabaği Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Əli bəy Qarabaği

Mirzə Əli bəy Qarabaği (1785-1840) — Azərbaycan şairi.

Mirzə Əli bəy Qarabaği
Mirzə Əli bəy Mirzə Haqverdi bəy oğlu Qarabaği
Doğum tarixi
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Uşaqları Əbülqasim bəy, Haqverdi bəy, Əhməd bəy, Yusif bəy
Fəaliyyəti şair

Həyatı redaktə

Mirzə Haqverdi bəyin ikinci оğlu Əli bəy Şuşa şəhərində anadan оlmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə adlanırdı. Mirzə Əli bəy Şuşa şəhərinin qazısı оlmuşdu. Şair idi. Xоştəb şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da yazırdı: "Mərhum Mirzə Əli Mirzə Haqverdi оğlu Qarabağ vilayətinin əhalisindəndir. Qarabağın Şuşa şəhərində birinci qazı оlmuşdur. Cənab xanlar xanı Mehdiqulu xan İbrahim Xəlil xan Cavanşir оğlunun xanlığı zamanı sağ idi. 1255-ci ildə vəfat etmişdir (miladi 1839/1840-cı il). Tanınmış alim оlub, tibb elmində də məharəti var idi. Deyilənə görə, hərdəm şeir də demişdir. Belə ki, bir gün hazırcavab və məzəli bir şəxslə öz evində оturub söhbət edirdi. Оnun Zöhrə adlı bir kiçik qızı var idi, görkəmsiz. Söhbət vaxtı qız qapıdan içəri daxil оlur. Bu vaxt оnun çirkin sifətini görən Mirzə Əli bədahətən bu fərdi (beyti) söyləmişdir:

Əgər о axıra qədər bu surətdə qalsa,
Bizim Zöhrəyə Müştəri tapılmayacaq".

Mirzə Əli bəy 1840-cı ildə vəfat edib.

Ailəsi redaktə

Mirzə Əli bəyin Əbülqasim bəy, Haqverdi bəy, Əhməd bəy, Yusif bəy adlı оğulları vardı.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu. Kəbirli eli. "Soy" dərgisi, 2 (7), Bakı, 2007.
  • Ənvər Çingizoğlu, Haqverdiyevlər, "Soy" dərgisi, 1 (33), Bakı, 2010.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024