Mirzə Cavad xan Sədəddövlə Haqqinda Melumat - Vikipedia

Mirzə Cavad xan Sədəddövlə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Cavad xan Sədəddövlə

Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur.

Mirzə Cavad xan Sədəddövlə
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə
İranın 29-cu baş naziri
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xoy, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Həyatı redaktə

Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi.

Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi.

Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu. Tehran şəhərində çalışarkən yaxşı əlaqələr qurmuşdu. Müzəffərəddin şah Qacarın hakimiyyətinin ilk illərində səfir göndərilmişdi.

O, Müzəffərəddin şah Qacarı Fransa səfərində müşayiət etmişdi. Əbdülməcid mirzə Eynəddövlənin baş nazirliyi dönəmində Tehrana dönmüş, hökumətdə vəzifə tutmuşdu. Ticarət naziri təyin olunmuşdu.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024