Mirzə Fərzalı bəy Fətəlibəyov Haqqinda Melumat - Vikipedia

Mirzə Fərzalı bəy Fətəlibəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Fərzalı bəy Fətəlibəyov

Mirzə Fərzalı bəy Fətəlibəyov (1824-1887) — məmur, çar ordusunun zabiti, Tiflis Aleksandr Müəllimlər institutunun məzunu.

Mirzə Fərzalı bəy Fətəlibəyov
Mirzə Fərzalı bəy Əli bəy oğlu Fətəlibəyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ətyeməzli, Ağdam
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Həyat yoldaşı Səlbinaz xanım Əsəd bəy qızı
Uşaqları Ağalar bəy, Mahtəban xanım, Balaxanım xanım, Əziz xanım

Həyatı redaktə

Mirzə Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında (indiki Ağdamın Ətyeməzli kəndi) anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.

Mirzə Fərzalı bəy Şuşa Qəza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müəllimlər Institutunu bitirmişdi. Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəftərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi. 1849-cu ildə MacarıstanTransilvaniya qiyamının yatırılmasının iştirakçısı olmuşdu. 1851-ci ildə vəkil rütbəsi almışdı. 1853-1856-cı illər Rusiya-Osmanlı savaşına qatılmışdı. Naib rütbəsinə yüksəlmişdi.

Yalta şəhərində teleqraf işçisi olmuşdu.

Mirzə Fərzalı bəy 1855-ci ildən praporşik rütbəsini daşıyırdı. Mirzə Fərzalı bəy bir çox döyüş medalları ilə təltif edilmişdi.

Mirzə Fərzalı bəy 9 may 1887-ci ildə öldürülmüşdü.

Ailəsi redaktə

Mirzə Fərzalı bəy Səlbinaz xanım Əsəd bəy qızı (1840-1900) ailə qurmuşdu. Ağalar bəy adlı oğlu, Mahtəban xanım, Balaxanım xanım, Əziz xanım adlı qızları vardı.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Surxay Əlibəyov, Qəlbin harayı (Ətyeməzli obası). Bakı, 2009, səh.53-54.

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024