Mirzə Hüseynov (əsgər)
Mirzə Xəlifə oğlu Hüseynov (3 aprel 1991, Çaykənd, Göygöl rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mirzə Hüseynov | |
---|---|
Mirzə Xəlifə oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çaykənd, Göygöl rayonu, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göygöl Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | , |
Həyatı redaktə
Mirzə Hüseynov 3 aprel 1991-ci ildə Göygöl rayonunun Çaykənd kəndində dünyaya göz açıb. Əslən Kəlbəcər rayonundan idi. Göygöl rayonu, Çaykənd orta məktəbi bitirib.[2][3][4] 2009–2010-cu illərdə hərbi xidmətdə olub. 2016-cı ildən yenidən Silahlı Qüvvələrdə xidmətə başlamışdır.
Hərbi xidmətləri redaktə
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Kəlbəcər döyüşlərində savaşıb. 27 sentyabr 2020-ci ildə Kəlbəcər rayonunda şəhid olub. 2020-ci ildə Şuşa şəhəri ərazisində şəhid olub. 31 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mirzə Hüseynov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Təltifləri redaktə
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[8]
- (05.11.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı[9]
İstinadlar redaktə
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- ↑ "Şəhid Mirzə Hüseynov". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
- ↑ "Unudulmazlar — Mirzə Hüseynov". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
- ↑ "Kəlbəcər şəhidləri". 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
- ↑ "Şəhidin polis qardaşına mənzil verildi". 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.