Mirzə Həbibullah Rəşti Haqqinda Melumat - Vikipedia

Mirzə Həbibullah Rəşti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Həbibullah Rəşti

Mirzə Həbibullah Rəşti (1818, Əmləş, Gilan ostanı11 dekabr 1894) — İslam alimi.[1]

Mirzə Həbibullah Rəşti
Doğum tarixi 1818
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1894(1894-12-11)
Tanınmış yetirmələri Əbülhəsən mirzə Qоvanlı-Qacar

Həyatı redaktə

Mirzə Həbibullah Rəşti hicri 1234-cü ildə Gilanın kəndlərindən birində dünyaya göz açmışdı. O, elmin ilk müqəddimələrini öz vətənində xüsusi müəllimlərdən almışdır. 18 yaşında elmini təkmilləşdirmək üçün Qəzvin şəhərinə gedir. Və artıq 25 yaşında olmasına baxmayaraq, ictihad icazəsi alır. Bundan sonra isə araşdırmalarını davam etdirmək üçün müqəddəs Nəcəf şəhərinə səfər edir. Orda isə Şeyx Ənsari və Sahibul-Cəvahir kimi böyük alimlərdən dərs alır.

Mirzə Həbibullah Rəşti "İcarə", "Məsələtul-qəzəb", "Əl-İmamiyyə", və s. kimi əsərləri özündən elmi irs olaraq qoymuşdur.

O, hicri 1273-cü ildə 78 yaşında Nəcəf şəhərində vəfat etmişdir.

İstinadlar redaktə

  1. دایرة المعارف تشیع، ج ۲، ص ۵۰۹

Xarici keçidlər redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024