Mirzə Məhəmmədəli xan Rəhmətabadi Haqqinda Melumat - Vikipedia

Mirzə Məhəmmədəli xan Rəhmətabadi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Məhəmmədəli xan Rəhmətabadi

Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Rəhmətabadi (?-?)—Məşrutə hərəkatının fəal üzvü, İranın ictimai xadimi.

Həyatı redaktə

Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Gilan ostanının Rəhmətabad şəhərində anadan olmuşdu. Məşhur Səmia tayfası tayfasındandır. Mülkədar idi. Əyalətin müxtəlif yerlərində mülkləri vardı.

Mirzə Məhəmmədəli xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Parlaman vəkilliyinə namizədlər: Ağayi [Seyid Həsən] Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri. Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir.

Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər".[1] Mirzə Məhəmmədəli xan Rəhmətabadi sonadək mübarizəni davam etdirdi. Dostu və yerlisi Müəzzissoltanla birləşərək Məhəmmədəli şaha qarşı mübarizə aparırdı. Mirzə Nəsrulla Məlikülmütəkəlliminin şahı lənətlədi. Ona qarşı cihad elan edəcəyini bildirdi. M. Rəsulzadə yazırdı: "Məlikül Mütəkəlliminin təhdidi sözdən işə keçdi. Salari Milli və Sərdari Milii vasitəsilə Təbrizdə qaldırılan bayraq, Sərdar Əsəd Sipəhdar, Musyo Yefrimxan, Mirzə Məhəmmədəli xan, Müəzzissoltan və başqa mücahidlərin köməyilə Tehranda "Baharistan" xarabası üzərində azadlıq bayrağı dalğalandı.

Lyaxov təslim oldu. Məhəmmədəli şah Qacar isə rus səfirliyinə pənah gətirdi. Onun hakimiyyəti sona çatdı. İntiqam alındı".[2]

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. M. Rəsulzadə, İran məktubları, "Tərəqqi", № 174, 5 avqust 1909
  2. M. Rəsulzadə, "İrani-nov" N 220, 1 iyun 1910

Saytda 172 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024