Mirzə Sadiq Ordubadi Haqqinda Melumat - Vikipedia

Mirzə Sadiq Ordubadi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mirzə Sadiq Ordubadi

Mirzə Sadiq Ordubadi (?-?) — Şərq şairi (XVI əsr).

Həyatı redaktə

Həyatı haqqın da məlumat çox azdır. 1562-ci ildə Hindistana getmiş, biliyi və istedadı, şirin söhbəti, gözəl rəftarı, xoş xisləti və təmiz əxlaqı ilə şöhrət qazanmışdır. Fars dilində yazmışdır. Rübai janrına daha çox meyl göstərmiş, bu janrda aşiqanə və fəlsəfi məzmunlu əsərlər, o cümlədən Cəlaləddin Dəvvani və Əbdürrəhman Caminin rübailərinə cavab və nəzirələr yazmış, onların şeirlərini şərh etmişdir. Sadıq bəy Avşar (Sadiqi) "Məcməül-xəvas" (1599) təzkirəsində M. S. O.-nin həcv deməkdədə mahir olduğunu qeyd etmişdir. Bəzi mənbələrə görə ("Həft iqlim" təzkirəsi və s.) Böyük Moğol hökmdarı Sultan Əkbər Cəlaləddin şah [1556–1605] Dəkkəni aldıqdan sonra burada dövlət qulluğunda çalışan M. S. O. Qəribguş qəsəbəsin də öldürülmüşdür.

Mənbə redaktə

Tərbiyət M. Danişməndani-Azərbaycan, B., 1987, səh. 278–79.

Həmçinin bax redaktə


Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024