Mixaylov qəsri Haqqinda Melumat - Vikipedia

Mixaylov qəsri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mixaylov və ya Mühəndis qəsri (rus. Михайловский замок) – keçmiş İmperator sarayı Peterburqun mərkəzində, Sadovaya küçəsi № 2 yerləşir və İmperator I Pavelin sifarişiylə XVIII—XIX əsrlərdə inşa edilmişdi və məhz bu qəsr onun ölüm yeri olmuşdur. Bu bina ən böyük memarlıq abidələrindən sayılır və XVIII əsr Peterburq klassisizm memarlıq ənənələrinin sonunu özündə bildirir[1].

Mixaylov qəsri
Михайловский замок
Xəritə
59°56′25″ şm. e. 30°20′15″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Sadovaya küçəsi, 2
Layihə müəllifi Vinçentso Brenna
Heykəltaraş Karl Rossi, Fyodor Svinyin
Memar Vasili İvanoviç Bajenov
Sifarişçi I Pavel
Tikilmə tarixi 9 mart 1797 - 1801
Üslubu Klassisizm
Vəziyyəti Dövlət Rus muzeyinin filialı
Rəsmi sayt rusmuseum.ru/eng/
İstinad nöm.7810640004
Mühafizə dərəcəsiFederal
Mixaylov qəsri (Sankt-Peterburq)
Mixaylov qəsri
Qış sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adlandırma redaktə

Mixaylov qəsrinin adı, içində yerləşən və Romanov sülaləsinin qoruyucusu sayılan Arxangel Mikail kilsəsinin və I Pavelin şıltaqlığı nəticəsində Malta cəngavərləri Ordeninin "Böyük Magistr" titulunu şərəflə qəbul etməsindən sonra şəhərdə yerləşən saraylarını "qəsr" adlandırması səbəbindən yaranmışdı[2]. İkinci adı olan "Mühəndis" sözü isə sarayda 1823-cü ildən bəri yerləşən mühəndislik məktəbindən götürülüb.

Bir sıra memuar müəllifləri iddia edirlər ki, sarayın adı onun hazırda yerləşdiyi yerdə Mikail arxangelinin bir qaravul keşikçisinə görünməsi ilə bağlıdır və daha sonralar qəsrin məhz burada tikilməsinə qərar verilir[3]. Hər necə də olsa, məhz bu cür o zamanın çağdaş insanları imperatorun sarayın nədən israrla "Mixaylov" adlandırılması səbəbini interpretasiya etmişdirlər. İstisna deyil ki, mələyin görünmə əfsanəsi yeni iqamətgahın təcili tikilməsinin şübhəli ehtiyacına haqq qazandırmaq üçün İmperator tərəfindən qəsdən yayılmışdır[4].

Bütün bunlara baxmayaraq, Mixaylov qəsri Rus memarlıq tarixində yeganə tanınmış dünyəvi memarlıq abidəsidir ki, onun adı öz sahibinin adından, təyinatından və ya yerləşdiyi ərazisindən deyil, sadəcə laraq bir müqəddəs şərəfinə verilmişdi.

Təsvir redaktə

 
Qəsrin böyük həyəti

Qəsr planda kənarları dairəvi küncləri olan kvadrat, içərisində ön həyətə çıxan mərkəzi səkkizbucaq təşkil edir. Qəsrin baş girişi cənubda yerləşir. Künclərdə yerləşən 3 körpü binanı meydanla birləşdirirdi. I Pyotrun heykəli yerləşən Konnetabl meydanın ətrafındaki xəndəyin üzərindən taxta asma körpü inşa olunmuşdu. Heykəlin arxasında - xəndək və 3 körpü yerləşirdi, həmçinin orta körpü yalnız İmperator ailəsi və xarici səfirlərinin istifadəsi üçün nəzərdə tutulmuşdu. Rusiya İmperatoru binanın layihələndirməsi zamanı ümumi Avropa paytaxtlarının tikinti sxemi sayılan düzbucaqlı daxili həyətlə düzbucaqlı qəsrin və dairəvi künc qüllələrdən imtina edərək, yeni bir konsepsiya ilə inşa olunmasını tələb etmişdi[2].

Bina Moyka çayının Fontanka mənbəyindən başladığı yerdə yerləşir. Əvvəllər qəsr su ilə hər tərəfdən əhatə edilmişdir: şimal və şərqdə Moyka və Fontanka çayları, cənub və qərbən isə Kilsə və Voznesen kanalları (bu kanallar indi qurudulub) qəsri şəhərdən tam ayıraraq ətraf ərazini süni adaya çevirirdi. Beləliklə, qəsrə yalnız körpü vasitəsilə daxil olmaq mümkün idi.

Binaya yaxınlaşma İtalyan küçəsində yerləşən üç yarımdairəvi qapılar vasitəsilə başlayırdı. Orta qapı yalnız İmperator ailə üzvləri üçün nəzərdə tutulmuşdu. Onun arxasınca isə geniş düz alleya salınmışdı və alleya boyu burada arena və "ekzertsirhaus" adlanan manej binaları tikilmişdi. Alleya 3 mərtəbəli kordeqardiya pavilyonları qarşısında bitirdi və burada artıq qəsrin müdafiə hissələri yerləşirdi.

Qəsr binasının kompleksinə daxil idi:

  • Saray
  • Voskresen kanalı (bir zaman qurudulmuş bu kanal, müasir zamanda qismən bərpa edilib)
  • 3 körppü
  • Üzərində I Pyotrun heykəli yerləşən Hornverk (hazırda bura "I Pyotr meydanı" adlandırılır), əvvəllər isə Konnetabl meydanı
  • Ağcaqayın küçəsi
  • Mixaylov qəsrinin iki Kordeqardiya pavilyonları

Sarayın memarlıq üslubu XVIII əsr Sankt-Peterburquna qətiyyən xas deyil. Özünün bir tərəfdən sərt, digər tərəfdən isə zərifliyi ilə Qəsr daha çox orta əsr qalasına bənzəyir. Qəsr Rusiya ərazisində yeganə romantik-klassisizm üslubunda saray kompleksidir[5]. «Binanın orijinal görünüşü, özündə ziddiyyətli memarlıq meylləri birləşdirməsi onu ümumrus klassisizmin inkişaf axarından tamamilə başqa bir səviyyəyə yüksəldir. Buna baxmayaraq, məhz Mixaylov qəsri Pavlov dövrünün ən ifadəli rəmzi kimi qəbul olunur. Onun görünüşündə isə aydın şəkildə sahibi və yaradıcısı sayılan İmperator I Pavelin bədii zövqü özündə təcəssüm edir»[1]

«Cənub fasadının mərkəzi hissəsi hündür kürsəvi mərtəbəyə qaldırılmış portik ilə kontrast şəkildə seçilir. Portik iki-iki birləşdirilmiş qırmızı mərmərdən ionik üslubda sütunlarla, üstündə isə fronton və attik ilə bəzədilmişdi»[6]. Həmçinin cənub fasadının divarları dəyişdirilmiş bibley sitatı ilə də bəzədilmişdi Ümumilikdə cənub fasadı monumental və reprezentativ görünüşə malikdir. Onun təntənəli kolonnadası və nəhəng obeliskləri öz görkəmi ilə Luvr muzeyinə və Parisdə yerləşən Sen Deni qapılarına bənzəyir[7].

Cənub fasadının qarşısında yerləşən Şimal fasadı Yay bağına baxır və özündə qəsrin Park-istirahət hissəsi kimi özündə təcəssüm edir. Onun mərkəzində lociya zalına aparan və heykəllər ilə bəzədilmiş geniş pilləkən var. Fasad bol-bol bəzədilmiş dekor attiklə tamamlanır[6]. Fasadın açıq terassasını mərmər kolonnada saxlayır, həmçinin burada yerləşən geniş pilləkən Flora və Herkules heykəlləri ilə bəzədilmişdi.

Sənət üzrə tarixçilər memarın belə çətin məsələni müvəffəqiyyətlə öhdəsindən gəlməsini xüsusilə qeyd edirlər[6][8].

Qəsrin fasadları
       
Qərb fasadı
qabağa çıxan kilsə apsidası ilə
Cənub (Baş) fasadı
Şərq fasadı
Şimal fasadı
(Yay bağından görünüş)

İnşaat redaktə

 
Mixaylov qəsrinin kordeqardiyası
“Bu saray əvvəllər Böyük Pyotr tərəfindən 1711-ci ildə inşa etdirdiyi Yay sarayının yerində, Moyka ilə Fontanka çaylarının qovuşduğu yerdə yerləşir.”

Avqust Fridrix Ferdinand fon Kotsebu - 1801-ci ilə aid Mixaylov qəsri haqqda qısa məlumat

Qəsrin yaradılmasının ümumi dizaynı və onun ilk eskizləri Pavelə məxsus idi. Gələcək iqamətgahın layihə üzərində işləri hələ 1784-cü ildə başlamışdı. Demək olar ki, 12 il boyunca davam edən layihələndirmə prosesində o 17811782-ci illərdə xaricə səfər zamanı müşahidə etdiyi müxtəlif memarlıq üslublarını nümunədən keçirirdi[1]. Yeni sarayın tikintisi üçün mümkün olabiləcək yer Qatçina şəhəri təxmin edilirdi. Tikintisin artıq başlandığı zaman, rusİmperatorun şəxsi qovluğunda gələcək sarayın 13 müxtəlif variantları tərtib olunmuşdu[9].

Qəsrin tikintisi I Pavelin uzunillik arzusu onun hakimiyyətinin elə ilk ayında, 28 noyabr1796-cı ildə «Əli-həzrətin daimi yaşayışı üçün tez bir zamanda alınmaz qalanın tikintisinin icra olunması, qəsrin yeri isə yarıdağılmış Yay bağının yerində inşa olunması barədə fərman nəşr olunmuşdur.

Qəsr binası burada keçmişdə yerləşən, memar Bartolomeo Françesko Ratrellinin layihəsi əsasında tikdirilmiş İmperatriça Yelizaveta Petrovnanın Yay sarayının yerində inşa olunmuşdu[10].

 
Fyodor Alekseyev. Fontanka çayından Mixaylov qəsrinə mənzərə

Qəsr 17971801-ci illər arasında inşa edilmişdir, özülünün ilk daşı isə 26 fevral (9 mart) 1797 ilində qoyulmuşdu. Sarayın layihəsi İmperator I Pavelin sifarişi ilə, memar Vasili İvanoviç Bajenov tərəfindən hazırlanmışdı. Tikinti işləri üzrə rəhbər Vinçentso Brenna seçilmişdi (buna görə də uzun illər Brennanı səhvən layihənin müəllifi hesab olunurdu))[6]. Brenna sarayın ilkin proyekti ilə yenidən işləyərək onun daxili bədii tərtibatını yaratmışdır.

Brenna və Bajenovdan başqa layihənin yaradılmasında İmperatorun özü də aktiv iştirak edirdi; məsələn onun saray üçün tərtib etdiyi bir neçə eskiz şəkillərini misal çəkmək olar[10]. Brennanın köməkçiləri sırasında Fyodor Svinyinin və Karl Rossinin adını çəkmək olar. Pavel tikintini tezləşdirirdi, Vinçentso Brennaya dövlət müşaviri rütbəsi verilmişdir və tikintidə ona kömək etmək məqsədilə Çarlz Kameron və Cakomo Kvarenqi dəvət olunmuşdular. Bundan başqa Brenna ilə birqə həmçinin E.Sokolov, İ.Girş və Q.Pilnikov, layihənin hazırlanması ərəfəsində isə Anri Fransua Qabriel Violye də çalışmışdılar. Tikinti işlərinin sürətləndirilməsi üçün inşaat materiallarının digər binalardan köçürülməsi də qeyd olunmuşdu: dekorativ daş, sütun, friz və heykəllər Sarskoye Selo və Rəssamlıq Akademiyasından (bu zaman inşaat materialların kəsirini azaltmaq üçün Sarskoye Selodaki pavilyonların bir neçəsi və Pelle sarayı sökülmüşdü), mərmər materialları Müqəddəs İsaak kafedralından, artıq yığılmış parket isə Tavrida sarayından gətirilmişdi. İmeratorun əmri ilə sarayın tikinti işləri gecə-gendüz, fənər və məşəl işıqları altında dayanmadan davam edirdi. Tikintidə eynivaxtda çalışan işçi sayı 6 min nəfərə çata bilirdi[2].

 
Mixaylov qəsri 1800—1801-ci illərdə

8 (21) noyabr 1800 ildə müqəddəs Arxangel Mikail günündə, qəsr təntənəli sürətdə təqdis edilmişdi. Lakin lakin onun daxili bəzək işləri hələ 1801-ci ilin mart ayına qədər davam edirdi. İmperator saraya köçməyindən 40 gün sonra faciəvi şəkildə qətlə yetirilir. Bundan sonra Mixaylov qəsri 20 il müddətində Romanovlar ailəsi tərəfindən tərk edilir və baxımsız hala düşür. I Aleksandr təcili sürətdə bacısı və Niderland kraliçası Anna Pavlovaya toy hədiyyəsi olaraq Mixaylov qəsrində yerləşən gümüş kilsə qapılarını əridilərək dəbdəbəli servis hazırlamasını əmr edir. I Nikolay Yeni Ermitajın tikilməsi üçün memarlardan qəsrin mərmərlərini çıxarmağı tələb edir[11]. 1823-cü ildə binanın ərazisində Baş mühəndislik məktəbi yer alır, buradan da onun ikinci adı yaranır. 1823-cü ildən qəsr rəsmi olaraq «Mühəndis» adı daşıyır. 1820-ci ildə Karl Rossi qəsr ətrafı əraziləri yenidən qurur; qaldırılan körpülər yığışdırılır, kanallar isə torpaqla örtülür. Sonrakı illərdə qala tədricən orijinal görünüşünü itirirdi. 18291835-ci illərdə mühəndislik məktəbinin ehtiyacları üçün daxili restrukturizasiyası və yenidənqurma işləri həyata keçirilmişdi (memar A. Y. Andreyev). 18931894-cü ildə qəsr memar Nikolay Lvoviç Şevyakov tərəfindən yenidən qurulmuşdu. Böyük Vətən müharibəsi illərində (1941—1945-ci illər) Mixaylov qəsrində hospital yerləşirdi. Sovet dövründə qəsrdə müxtəlif müəssisələri yerləşirdi: saray zalları uzununa və çapraz şəkildə bağlanmışdı, plafon və divar rəsmləri isə kobud şəkildə boyanmışdı[11].

1991-ci ildə binan üçdə bir hissəsi, 1994-cü ildə isə bütün bina Dövlət Rus muzeyinin nəzdinə verilərək, onun filialına çevrilir. Şəhərin 300 illik yubileyi ərəfəsində qəsr yenidən restavrasiya olunmuşdu, Pavelin zamanında mövcud olmuş bir çox interyer dizaynları da bərpa olunmuşdu, xüsusən yerin altına qalmış Voskresen kanalı və onun üzərində bir vaxtlar salınmış üç aşırımlı körpü də yenidən geri qaytarılmışdı. Mixaylov qəsrinin təntənəli açılışı 27 may 2003-cü ildə baş tutmuşdu.

Hazırda qəsrin içərisində «Rus incəsənətində əntiq süjetlər», «Rus rəssamların əsərlərində Renessans dövrü», «Qəsrin tarixi və sakinləri» və «Heykəltəraşların açıq fondu» adlı daimi ekspozisiyalar turistlərə nümayiş edilir[5].

Sarayın otaqları redaktə

 
Qəsrin planı
  • Ümumi Nahar zalı İmperatriça Mariya Fyodorovnanın qəbul otaqlarının ümumi anfiladasına daxil idi. Otağın işləmə naxışları 1799—1801-ci illər arasında memar Vinçentso Brennanın layihəsi əsasında, C.Kvarneginin rəsmləri üzrə həyata keçirilmiş və öncə Qış sarayının Georgi zalı üçün nəzərdə tutulmuş 50 şamdanlı iki çilçıraq və Sibir porfirindən hazırlanmış iki buxarı istifadə edilməklə yaradılmışdı. XIX əsrin ortalarında Ümumi Nahar zalı 3 ayrı hissəyə bölünərək binada yerləşən mühəndislik məktəbinin istifadəsinə verilmişdi. 2002—2003-cü illərdə binada aparılan bərpa işləri zamanı, həmin 3 otaq yenidən birləşdirilərək, zalın keçmiş həcmi yenidən qaytarılmışdı[12].
  • Taxt zalı İmperatriça Mariya Fyodoravnanın şəxsi otağı hesab edilirdi və 1799—1801-ci illərdə memar Vinçentso Brennanın layihəsi əsasında yaradılmışdı. Taxtın yerləşdiyi otağın divarı moruq rənqdə məxmər ilə çəkilmişdi. Tavanın mərkəzində qismən qızıllı işləmələrlə bəzədilmiş və boyalı tökmə ilə əhatə olunmuş, rəssam Yakob Mettenleyterin əsəri sayılan «Paris üzərində məhkəmə» adlı plafon yerləşirdi. Plafon alleqorik tərzdə qəsr sahibəsinin gözəlliyini vəsf edirdi. 1859-cu ildə K.A.Uxtomskinin proyekti əsasında, zalın şərq divarında (yəni taxtın yerləşdiyi yerdə) yarımsirkul formasında tağ düzəldilmişdi və bu səbəbdən də keçmiş taxt zalı ilə digər İmperatriça otaqları birləşdirilmişdi və burada Baş Mühəndislik məktəbinin Model otağının yaradılması qərara alınmışdı. Mariya Fyodorovnanın Taxt zalının restavrasiya işləri 2002—2003-cü illərdə həyata keçirilmişdi[12].
    • Ümumilikdə Mixaylov qəsrində 5 taxt zalı mövcud idi: ikisi İmperator həzrətlərinin özü üçün, digəri əla-həzrət İmperatriçanın, Möhtəşəm knyaz və varis Aleksandr Pavloviçin və sezareviç tituluna malik qardaşı Konstantinin.
  • Georgiyev zalı İmperatorun yumuru taxt zalı ilə birləşərək Malta kavaler Ordeninin kordeqardiyası üçün istifadə olunurdu. Zal XIX—XX əsrlərdə dəfələrlə yenidən qurulurdu və buna görə də otağın ilkin görünüşü itirilmişdi. Ən əhəmiyyətli dəyişikliklər 1843-cü ildə baş vermişdi. 1953-1954-cü illər arasında zalda restavrasiya işləri aparılmışdı, həmçinin bərpa işləri zamanı otağın ilkin görünüşü qismən qaytarılmışdı. 2007-ci ildə inşaatçılar otaq üzərində yerləşən çardaq hissəni tamamilə yenidən qurmuşdular. Bu bərpa işləri «Sankt-Peterburqun iqtisadi inkişafı» proyekti çərçivəsində Yenidənqurma və İnkişaf Beynəlxalq Bankının iştirakı ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilmişdi[13].
  • Mərmər qalereya — Malta kavaler Ordeninin təntənəli toplantıları üçün nəzərdə tutulmuş otaq.

Divarların rəngi redaktə

Mixaylov qəsri ilə əlaqədar müxtəlif əfsanələrindən biri onun divarlarının rənqi ilə bağlıdır: versiyalardan birinə görə, divarın rənqi İmperatorun favoriti sayılan Anna Qaqarina Lopuxinanın əlcəyinin şərəfinə seçilmişdi. Digər versiyaya əsasən isə - bu Malta Ordeninin ənənəvi rənqi sayılır[2]. Çarın seçimdən sonra bu rənq modaya düşdü və bir müddət bir çox Peterburq sarayları öz divarlarını məhz bu rənqlə boyayır.

 
Lopuxina

Əfsanəyə görə, Romanovların qoruyucusu sayılan Arxangel Mikailin şərəfinə inşa edilən qəsrin tikinti işləri artıq sona yetən zaman, saray balların birində rəqslərdən həyəcanlanan Anna Lopuxina birdən təsadüfən əlcəyini yerə salır. Yaxınlıqda olan I Pavel cəngavər lütfkarlığını nümayiş etmək üçün yerə düşmüş əlcəyi götürür və onu artıq öz sahibəsinə qaytarırdı ki, birdən I Pavelin diqqəti əlcəyin qəribə və qeyri-adi sarımtıl-narıncı rənginə yönəldi. Bir an düşündükdən onra, İmperator dərhal əlcəyi qəsrin memarına göstərərək, binanın divarlarının həmin əlcəyin rəng çalarlarında istifadə etməyi tapşırmışdı[14].

Dövlət Rus muzeyi binanın restavrasiyası ilə məşğul olmağa başladıqda, qəsrin divarları kərpici-qırmızımtıl rəngdə idi və bu rəngə şəhər sakinləri çoxdan alışmışdılar. Amma divarın orijinal boya qalıqlarını bərpaçılar suvağın altında aşkar etdilər və bu çətin müəyyən rəng (çəhrayı-narıncı-sarı) çalarları əlcək barədə əfsanəni təsdiqlədi[11].

Biletlər redaktə

Böyüklər üçün - 350 rubl, uşaq və tələbələr üçün isə - 150 rubl. Rusiya vətəndaşları üçün güzəştli qiymətlər: böyüklər üçün - 150 rubl, güzəştlə - 30 rubl. Ailəvi bilet (4 nəfərlik) - 250 rubl, il ərzində 6 gediş üçün isə giriş bileti - 500 rubl. Fotoçəkiliş - 200 rubl. «Sankt-Peterburq qonağının xəritəsini» almış turistlər üçün muzeyə pulsuz giriş mümkündür.

Abidələr redaktə

Qəsrin həyətində və ön fasadında iki Rus İmperatorun abidələri ucaldılmışdı.

  • 1800-cü ildə qəsrin önündə yerləşən meydanda «Ulubabaya nəvəsindən» yazısı altında I Pyotrun heykəli ucaldılmışdı. Heykəl 17451747-ci illərdə heykəltaraş Bartolomeo Karlo Rastrellinin modelləri əsasında, hələ Pyotr sağ olarkən tökdürülmüşdü. Mərmər ilə çəkilmiş pyedestal memar Fyodor İvanoviç Volkov tərəfindən həkk edilmişdi. Onun üzərində gənc heykəltaraşlar Vasili İvanoviç Demut-Malinovski, İvan İvanoviç Terebenev, Moiseev, həmçinin Mixail İvanoviç Kozlovskinin rəhbərliyi altında «Poltava bataliyası» və «Qanqut döyüşü» adlı bürünc barelyeflər quraşdırılmışdı.
  • 2003-cü ildə Qəsrin daxili həyətində İmperator I Pavelin abidəsi quraşıdırılmışdı. Heykəlin müəlifi Vladimir Emilyeviç Qorevoy, memarı isə V.İ.Nalivaykodur.

İstinadlar redaktə

  1. 1 2 3 "Русский музей". 2014-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  2. 1 2 3 4 Михайловский замок Arxivləşdirilib 2019-05-07 at the Wayback Machine Статья Н. А. Иониной
  3. Болотов А.Т. Памятник претекших времян, или Краткие исторические записки о бывших происшествиях и носившихся в народе слухах // Записки очевидца: Воспоминания, дневники, письма. М., 1990. С. 255-256 и др.
  4. Нежинский Ю.В., Пашков А.О. Мистический Петербург: историческое расследование. - Montreal: Т/О “НЕФОРМАТ” Издат-во Accent Graphics Communications, 2013. С. 14. - ISBN 9-78130155-498-0
  5. 1 2 "Инженерный (Михайловский) замок (филиал Русского музея)". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  6. 1 2 3 4 "Михайловский замок на на сайте «Архитектура России»". 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  7. "Михайловский замок". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  8. «В этом произведении, хотя и измененным Бренной, который перегрузил здание декоративными деталями, нарушившими его тектоническую ясность, у Баженова наметились приемы, сложившиеся позднее в русской архитектуре начала XIX в. Строго ограниченный заданием построить для Павла I замкнутое сооружение, изолированное от города подъемными мостами и рвами, Баженов преодолел замкнутый характер наружного облика здания и создал тектонически ясную, уравновешенную композицию, ориентированную на площадь с монументом. Зарождение новых приемов проявилось также в контрастном выделении главного фасада, неразрывно связанного с площадью, и постановке по его центру на площади конной статую Петра I. Оно выразилось и в своеобразной свободной трактовке колоннады портика, и в строго определенном размещении и тонкой прорисовке декоративных деталей, противопоставленных протяженным гладям нерасчленненых больших плоскостей стен, контрастно чередующихся с рустованными, и в ряде других, характерных уже для архитектуры начала XIX в черт».{{subst:АИ}}
  9. "Вокруг света". 2018-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  10. 1 2 "Михайловский замок — замок с привидениями". 2019-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  11. 1 2 3 "Замок цвета… дамской перчатки". 2009-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-02.
  12. 1 2 "История замка и его обитателей". 2019-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-31.
  13. "«В Михайловском замке реконструирован Георгиевский зал»" (Online). «Деловой Петербург» со ссылкой на Санкт-Петербург.ру ISSN 1606-1829. 13 августа 2007 года.[ölü keçid]
  14. "Легенды Михайловского замка". 2010-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024