Mladost Luçani FK Haqqinda Melumat - Vikipedia

Mladost Luçani FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mladost Luçani FK

Serbiyanın futbol klubu

Mladost Luçani FK (Serb kirili: ФК Младост Лучани) — Serbiyanın Luçani şəhərini təmsil edən peşəkar Serbiya futbol klubudur. Klub Serbiyanın əsas liqası hesab edilən Serbiya Superliqasında mübarizə aparır.

Mladost Luçani FK
Klubun tam adı FK Mladost Lučani
Ölkə Serbiya Serbiya
Yaranma tarixi 1952
Stadionu Mladost stadionu, Luçani Serbiya
Tutumu 8000
Prezidenti Serbiya Vladimir Dordeviç
Baş məşqçisi Serbiya Nenad Milanoviç
Liqa Serbiya SuperLiqa
2022/23 11
Rəsmi saytı

Tarixi redaktə

Klub 1952-ci ildə təsis edilmişdir. Klub 1989-cu ildə Yuqoslaviya Üçüncü Liqasında (Şərq Qrupunda) qələbə qazanaraq ilk böyük nailiyyətinə imza atmışdır. Bu qələbə klubun 1989-90 mövsümündə Yuqoslaviya İkinci Liqasında iştirakını təmin etmişdir. Lakin onlar liqa başa çatdıqdan sonra yenidən aşağı liqaya düşmüşlər.[1]

Yuqoslaviyanın dağıldığı dönəmlərdə klub milli səviyyədə daha rəqabətədavamlı klub olmuşdur. Klub mütəmadi olaraq ən yüksək liqa yarışlarında mübarizə aparmışdır. Onlar 1995-ci ildə Yuqoslaviya İkinci Liqasının qalibi olmuş və növbəti mövsümdə Birinci Liqaya (İB Liqası) vəsiqə qazanmışdır. Klub Birinci Liqada (son iki mövsümü İA Liqasında keçirib) üç mövsüm mübarizə aparmış və 1998-ci ildə yenidən aşağı liqaya düşmüşlər.[2]

2001-ci ildə klub İkinci Liqada (Qərb Qrupu) qələbə qazandıqdan sonra Yuqoslaviyanın Birinci Liqasına yenidən vəsiqə qazanmışdır. Lakin onlar həmin mövsümdəcə aşağı liqaya düşmüşlər.[3] Klubun hücumçusu Zoran Duraşkoviç isə 27 qolla turnirin ən yaxşı bombardiri olmuşdur.[4]

2007-ci ildə Serbiya Birinci Liqasında qələbə qazandıqdan sonra klub Serbiya Superliqasına vəsiqə qazanmışdır. 2007-08 mövsümündə klub turniri orta sıralarda başa vurmuşdur. Lakin klub maliyyə problemləri ilə əlaqədar olaraq aşağı liqaya salınmışlar.[5] Növbəti altı mövsüm ərzində klub milli liqa sisteminin ikinci səviyyəsi hesab olunan Serbiya Birinci Liqasında çıxış etmişdir.

Klub 2013-14 mövsümündə Birinci Liqada qələbə qazandıqdan sonra yenidən Superliqaya vəsiqə qazanmışdır. Onlar növbəti mövsümü yeddinci yerdə başa vurmuşdur. Beləliklə klub öz əvvəlki iştirak etmək rekordunu təkrar etmişdir. Bundan başqa, Patrik Fraydi Eze 15 qolla liqanın ən yaxşı bombardiri kimi mövsümü bitirmişdir.[6]

Uğurları redaktə

Serbiya Birinci Liqası
  • 2006–07, 2013–14
Yuqoslaviya İkinci Liqası
  • 1994–95, 2000–01 (Qərb Qrupu)
Serbiya Qərb Liqası
  • 2003–04, 2005–06
Yuqoslav Üçüncü Liqası
  • 1988–89 (Şərq Qrupu)

Mövsümlər redaktə

Mövsüm Diviziya O Q B M V B Xal Möv.
2006–07 Div 2 38 24 10 4 49 19 82 1-ci
2007–08 Div 1 33 8 14 11 32 41 38 7-ci1
2008–09 Div 2 34 10 8 16 25 43 38 14-cü
2009–10 34 9 15 10 33 31 42 14-cü
2010–11 34 11 12 11 29 32 45 9-cu
2011–12 34 13 14 7 42 27 53 3-cü
2012–13 34 10 13 11 31 35 43 9-cu
2013–14 30 18 6 6 42 20 60 1-ci
2014–15 Div 1 30 11 7 12 41 47 40 7-ci
2015–16 37 11 14 12 34 44 31 9-cu

1 Klub maliyyə problemləri yaşadığı üçün Birinci Liqaya göndərilmişdir.

Avropa rekordları redaktə

Mövsüm Turnir Raund Klub Ev Səfər Ümumi
2017–18 UEFA Avropa Liqası QR1 Azərbaycan  İnter Bakı 0–3 0–2 0–5
Qeydlər
  • QR1: Birinci təsnifat mərhələsi

Hazırkı heyəti redaktə

26 İyun 2017 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Serbiya  GK Nemanya Krznariç (vitse-kapitan)
4 Serbiya  DF İvan Miloşeviç (kapitan)
5 Bosniya və Herseqovina  DF Sinişa Saniçanin
7 Serbiya  FW Saşa Yovanoviç
8 Serbiya  FW Stefan Qoluboviç
9 Monteneqro  FW Nikola Zvrko
10 Özbəkistan  MF Husniddin Qafurov
11 Serbiya  MF Uroş Sindiç
12 Serbiya  FW Nenad Qavriç
13 Serbiya  DF Darko Rakoçeviç
14 Serbiya  FW Miloş Trifunoviç
15 Serbiya  MF Aleksandar Peyoviç
17 Serbiya  MF İvan Peşiç
18 Nigeriya  FW Obiora Odita
20 Serbiya  MF Nenad Marinkoviç
22 Serbiya  GK Zlatko Zeçeviç
Nömrə Ölkə Mövqeyi Futbolçu
23 Serbiya  GK Draqan Rosiç
27 Serbiya  MF Vladimir Radivoyeviç
28 Serbiya  DF Nikola Andriç
31 Monteneqro  MF Yanko Tumbaseviç
32 Serbiya  FW İvan Markoviç
44 Serbiya  DF Boqdan Miloşeviç
58 Serbiya  DF Miloş Ristiç
77 Serbiya  MF Predraq Pavloviç
93 Bosniya və Herseqovina  MF Miloş Şatara
99 Serbiya  MF Velyko Kiyevçanin
–– Serbiya  DF Nikola Terzin
–– Serbiya  MF Matiya Protiç
–– Serbiya  MF Predraq Luka
–– Kamerun  FW Miçel Vaillant
–– Qana  FW Bismark Appia
–– Serbiya  FW Nikola Pantoviç

Çoxsaylı millətlərin nümayəndələri redaktə

Məşhur oyunçuları redaktə

Milli komanda oyunçuları[7]

Baş məşqçilər redaktə

Period Adı
2007–2008 Serbiya  Nenad Milovanoviç
2008 Serbiya  Jivorad Yeliç
2009 Serbiya  Lyubişa Dmitroviç
2010 Serbiya  Nenad Markiçeviç
2010 Serbiya  Milolyub Kovaçeviç
2011 Serbiya  Branko Bozoviç
2011–2012 Serbiya  Deyan Nikoliç
2012 Serbiya  Neşko Milovanoviç
2012–2013 Serbiya  Lyubiça Dmitroviç
2013 Serbiya  Nenad Milovanoviç
2013 Serbiya  Vladisa Petroviç
2014– Serbiya  Nenad Milovanoviç

İstinadlar redaktə

  1. "SISTEM TAKMIČENJA U JUGOSLAVIJI 1988.-1991" (Serbian). fsgzrenjanin.com. 25 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2015.
  2. "RAT, RASPAD SFR JUGOSLAVIJE, SANKCIJE" (Serbian). fsgzrenjanin.com. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2015.
  3. "Obilić pošteno odradio posao i gurnuo Lučance u Drugu ligu - 4:2 (2:2)" (Serbian). glas-javnosti.rs. 6 June 2002. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
  4. "Završeno fudbalsko prvenstvo Jugoslavije - rezultati i tabela" (Serbian). glas-javnosti.rs. 6 June 2002. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
  5. "Mladost iz Lučana istupila iz lige" (Serbian). b92.net. 2 July 2008. 13 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2015.
  6. "CRVENA ZVEZDA - MLADOST 3:1 (2:1)" (Serbian). fkmladostlucani.com. 25 May 2015. 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2015.
  7. "Mladost Lučani". national-football-teams.com. 19 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2017.

Xarici keçidlər redaktə


Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024